Boliviya prezidenti Meksikadan sığınacaq almaq istəyir

Əsgərlər və polislər Moralesin istefasından sonra ortaya çıxan rəqib siyasi qruplar arasında baş verən qarşıdurmaların qarşısını almaq üçün gecə yarısınadək keşik çəkirlər.

Source: Foto: arxiv


Ölkə lider axtarışındadır

Boliviyanın keçmiş lideri Evo Morales çərşənbə axşamı sığınacaq almaq üçün Meksikaya uçub. “Reuters” xəbər verir ki, uzun müddət hakimiyyətdə olan solçu liderin istefasından sonra təhlükəsizlik qüvvələri ölkədə davam edən qarışıqlığın qarşısını almağa çalışarkən millət vəkilləri Moralesi müvəqqəti əvəz edəcək birini axtarır.

Mübahisəli oktyabr seçkisi ilə əlaqədar həftələrlə davam edən etirazlardan sonra vəzifəsindən istefa verən Morales Meksika Hərbi Hava Qüvvələrinə məxsus təyyarəylə Chimore şəhərindən uçub. Chimore şəhərində Boliviyanın ilk yerli prezidentinin 14 illik hakimiyyətinin dağılmasıyla geri çəkilib.

Təyyarə yerli vaxtla səhər saat 9-da Meksikaya uçmazdan əvvəl yanacaq doldurmaq üçün Paraqvayda dayanıb.

“Onun həyatı və bütövlüyü təhlükəsizdir” deyə, “Twitter”də Meksikanın Xarici işlər naziri Marselo Ebrard yazıb. O və onun solçu hökuməti Moralesin dövlət çevrilişi ilə bağlı ittihamlarını dəstəkləyib.

Ebrard Meksikanın qırmızı, ağ və yaşıl bayraqlarını qucağına alaraq təbəssüm etməyən üz ifadəsi ilə tək oturan Moralesin şəklini tvit edib.

Boliviyanın yüksək dağlıq paytaxtı La Pazda yollar hələ də bağlıdır. Əsgərlər və polislər Moralesin istefasından sonra ortaya çıxan rəqib siyasi qruplar arasında baş verən qarşıdurmaların qarşısını almaq üçün gecə yarısınadək keşik çəkirlər.

Xarizmatik, 60 yaşlı keçmiş fermer 2006-cı ildə hakimiyyəti qazanarkən kasıblar tərəfindən sevilirdi, lakin dördüncü dəfə hakimiyyətə iddialıykən boliviyalılar tərəfindən qəbul edilmədi.

Çərşənbə axşamı günü millət vəkillərinin Moralesin istefasını rəsmi şəkildə qəbul etmək və yeni seçkiöncəsi müvəqqəti rəhbərliyə qərar vermək üçün bir araya gəlməsi gözlənilir.

Bazar günü Amerika Dövlətləri Təşkilatı (OAS) oktyabrda səsvermə zamanı baş verən qanun pozuntuları ilə əlaqədar hesabat təqdim etdikdən sonra hökumət dağılıb. Hadisə hakim partiya müttəfiqlərinin aralanmasına səbəb olub və ordu Moralesin getməsini tələb edib.

Moralesin müavini, hökumət və parlamentdəki bir çox müttəfiqi də hökumətdən ayrılıb. Müxalif siyasətçi və senatın ikinci vitse-prezidenti Janin Anez (Jeanine Anez) müvəqqəti olaraq ölkənin ən yüksək vəzifəsini tuta bilər.

Boliviya və Latın Amerikası Moralesin süqutu ilə bir-birindən ayrılıb. Bir tərəfdə bir “diktatorun” düşməsindən sevinənlər dayanarkən, digər tərəfdə Boliviyanın kapitalist elitasını geri qaytarmaqda maraqlı olan çevrilişə etiraz edən Morales tərəfdarları durur.

Moralesin müdafiə naziri Xavyer (Javier) Zavaleta da çərşənbə axşamı istefa verərək seçki lideri Carlos Mesa və etirazçıların lideri Luis Fernando Camachonu zorakılıqdan çəkinməyə çağırıb.

Morales bölgənin ən kasıb ölkələrindən birində davamlı iqtisadi yüksəlişə nail oldu və uzun illər çoxpopulyar idi. Lakin Moralesin ona daha bir dövlət başçılığı müddətini təmin edəcək 2016-cı il referendumuna çağırışı xalq arasında avtokratiya ittihamlarına səbəb oldu.

Onun getməsi Latın Amerikasında, o cümlədən Ekvador və Çilidə etiraz dalğasına təkan verib.

Meksika prezidenti Andres Manuel Lopez Obrador Moralesi insanların həyatını təhlükəyə atmadan istefa etməsini təqdir edib.

Ana səhifəDünyaBoliviya prezidenti Meksikadan sığınacaq almaq istəyir