Xınalıqda qar örtüyünün hündürlüyü 40 sm olub
Nazirliyin mətbuat xidmətindən
APA
-ya verilən məlumatda bildirilir ki, görə, ETSN-in Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 2-si günün ikinci yarısından 3-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.
Ən çox düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 32 (aylıq normanın 78 faizi), Mərkəzi Aran rayonlarında 36 (aylıq normanın 125 faizi), Böyük Qafqazda 28 (aylıq normanın 43 faizi), Kiçik Qafqazda 18, Qazax-Gəncə zonasında 13, (aylıq normanın 87 faizi), Naxçıvan MR-da 13 (aylıq normanın 82 faizi), Bakıda və Abşeron yarımadasında 27 mm-dək (aylıq normanın 99 faizi) təşkil edib.
Qar örtüyünün hündürlüyü Xınalıqda 40, Altıağacda 25, Göygöldə 23, Daşkəsəndə 18, Gədəbəydə 7 sm olub.
Abşeron yarımadasında və bir sıra rayonlarda güclü şimal-qərb küləyi əsib.
Noyabrın 2-də minimal temperatur Bakı və Abşeron yarımadasında 4-8, Aran rayonlarında 1-7, dağlıq rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-da 4 dərəcəyədək isti təşkil edib.