Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz tutulacaq
Fevralın 23-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.
Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb. Bildirilir ki, gecə yarımadada 1-3, gündüz 8-12, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacaq.
Ölkə rayonlarında da havanın, əsasən, yağmursuz olacağı gözlənilir. Lakin günün birinci yarısında bəzi yerlərdə qar yağacağı ehtimalı var. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti təxmin edilir.