“Ümumilikdə ötən dövrdə həmin vətəndaşlara 9100-dən çox mənzil və fərdi ev təqdim edilib”

Mənbə: Meydan TV

Başlıq: “Ümumilikdə ötən dövrdə həmin vətəndaşlara 9100-dən çox mənzil və fərdi ev təqdim edilib”

Bölgələrdə 30 şəhid ailəsi və Qarabağ əlilinə ev verilib

22 nəfər Yevlaxda mənzil sahibi olub

Bölgələrdə 30 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsə mənzil və fərdi evlər verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda deyilir ki, 22 nəfərə Yevlax rayonunda yeni yaşayış binasından alınmış mənzillər təqdim edilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib ki, Prezident İlham Əliyevin 2020-ci ilin 30 dekabrında imzaladığı fərmanlarla şəhid ailələri üçün Prezidentin təqaüdü 66,7 faiz artırılaraq 300 manatdan 500 manata, Azərbaycanın Milli qəhrəmanları üçün 20 faiz artırılaraq 1500 manatdan 1800 manata çatdırılıb. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin təqaüdü orta hesabla 50%-dən çox artırılıb. “Vətən müharibəsi qəhrəmanı” adını daşıyanlar üçün də prezidentin aylıq təqaüdü (2 000 manat) təsis olunub. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təqaüdlə yanaşı, müavinət və ya pensiya ilə də təmin olunurlar.

V.Nəsirli qeyd edib ki, şəhid ailələrinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Bu gün təqdim edilən 30 mənzil və fərdi ev də daxil olmaqla onlardan 1480-i verilib, yaxın iki gündə daha 20 mənzil və fərdi ev də veriləcək.

“Ümumilikdə ötən dövrdə həmin vətəndaşlara 9100-dən çox mənzil və fərdi ev təqdim edilib”, - məlumatda deyilir.

Nazir müavini onu da deyib ki, məcburi köçkünlər üçün inşa olunmuş mənzillərin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansından alınıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri aparılır.

Yaxın iki gündə daha 20 mənzil və fərdi ev də veriləcək.

Yaxın iki gündə daha 20 mənzil və fərdi ev də veriləcək.

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/on6sv8

Ən çox baxılan