Abşeron yarımadasında və Bakıda isə temperatur 13-18 dərəcə olacaq
Martın 30-u Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir.
Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb. Bildirilir ki, Abşeron yarımadasında gecə 4-7, gündüz 13-18, Bakıda gecə 5-7, gündüz 15-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da yağıntı gözlənilmir. Gecə 3-8, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti təxmin edilir.