Bölgədən səslər necə eşidildi?

Ötən il Meydan TV-yə üz tutan şəxslərin problemlərinin həllinə çalışıldı

Source:


Ötən il Meydan TV-yə üz tutan şəxslərin problemlərinin həllinə çalışıldı

2018-ci ildə

Meydan TV

-yə üz tutanlar arasında bölgədə yaşayanlar çoxluq təşkil etdi. Sosial problemlərini gün işığına çıxarmaq istəyənlər arasında dərdinə çarə tapılanlar da oldu, cəzalandırılanlar da. İmkansız ailələrə xeyirxah insanlardan dəstək gəldi, həmçinin bəzi əlaqədar qurumlar problemləri həll etməyə qalxdılar…



Baramaçılığın məcburi inkişafı

2018-ci ildə hökumət baramaçılığı inkişaf etdirmək üçün büdcə təşkilatı işçilərinə məcburi ipək qurdu saxlamağı tapşırdı. Onların içində idarə rəhbərləri, məktəb direktorları, bağça müdirləri vardı. Beləliklə, o insanların çoxunun yeri olmadığından ölkə ərazisində bir xeyli idarələrdə barama saxlanmağa başladı.

Meydan TV

Füzulinin Haram

ı adlanan bölgəsində məcburi köçkünlər üçün salınan “Qayıdış” qəsəbələrindəki məktəbin içində ipək qurdu saxlanılması ilə bağlı video, yazı paylaşdı. Bundan sonra məlum oldu ki, ölkənin əksər bölgəsindəki məktəblərdə vəziyyət eynidir. İnsanlar məktəblərdə, bağçalarda, kitabxanalarda, mədəniyyət evlərində ipək qurdu saxlanılması ilə bağlı videolar, fotolar göndərməyə başladılar. Vəziyyət gün üzünə çıxdı.



Taxıl biçini üçün texnika göndərildi

İyunda taxıl biçini vaxtı Zərdabın Çallı kəndinin sakinləri müraciət etdi. Onlar taxıllarının yetişib sahələrdə qaldığını, biçmək üçün texnika tapmadıqlarını söyləyirdilər. Meydan TV məsələni işıqlandırdı,

Zərdab Rayon İcra Hakimiyyəti

ilə əlaqə saxladı. Bundan sonra insanların taxıllarının sahələrdən biçilməsi üçün texnika göndərildi.



Sadə insanların köməyi

Ağstafanın Qırılı kəndindən olan bir ailə çətin durumda yaşamaları ilə bağlı şikayət etmişdi. Həmin şikayət

Meydan TV

-nin “Facebook” səhifəsində dərc ediləndən sonra insanlar həmin ailəyə maddi kömək etdilər. Ailənin vərəmdən əziyyət çəkən sakini müalicə edildi, uşaqlarına məktəb paltarları, ləvazimatları alındı.

45843

Məktəblərin açılmasına az qalmış Meydan TV-də

Ucar

ın Bərgüşad kəndinin sakini Aygün Hacıyeva ilə bağlı yazı dərc edildi. Aygün Hacıyeva 4 uşaq anası olduğunu, uşaqlarını imkanı olmadığı üçün məktəbə göndərə bilmədiyini deyirdi. O, süpürgəçilikdən 125 manat qazanırdı və bu, onun kirayəsinə belə yetmirdi. Yazı dərc ediləndən sonra şirkətlər və insanlar Aygün Hacıyevaya maddi yardım etdilər. Onun məktəbə gedəcək 3 övladına paltar və dərs ləvazimatları aldılar. Bundan əlavə, ailəyə ərzaq və maddi dəstək göstərdilər. 1 il ərzində isə kirayə pulunu ödəməyi öhdələrinə götürdülər.

Ucarın Çiyni kəndinin sakini Əhməd Əhmədov Meydan TV-yə yazaraq imkansızlıqdan təhsil haqqını ödəyə bilmədiyini, buna görə təhsilini yarımçıq qoymaq məcburiyyətində olduğunu söyləmişdi. O, ofisiant işlədiyini, bu pulla təhsil haqqını ödəyə bilmədiyini deyirdi.

Yazı

Meydan TV-də dərc ediləndən sonra insanlar Əhməd Əhmədovun təhsil haqqına dəstək oldular.



Araşdırma başlandı

Kürdəmirin dializ xəstələri Meydan TV-yə müraciət edərək,

Kürdəmir Rayon Mərkəzi Xəstəxanası

nda onlara göstərilən xidmət qarşılığında pul alındığını söylədilər, şikayət edirdilər. Həmin yazı dərc ediləndən sonra Səhiyyə Nazirliyi xəstəxana barəsində araşdırmaya başladı.

Göyçayın Cəyirli kəndinin sakinləri Meydan TV-yə şikayət etmişdilər. Onlar sağlamlıqlarının təhlükə altında olduğunu, kəndlərində yerləşən “Kerpicsan” Göyçay Kərpic Zavodunun tüstüsündən xəstəlik tapdıqlarını söyləmişdilər. Həmin şikayət

Meydan TV

-də işıqlandırıldıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəndə komissiya göndərdi, araşdırma başlatdı.



Dövlət qurumları kömək etdi…

İlin son ayında

Meydan TV

-də ”Bəzən ac yatıram, üzüm gəlmir qonşuda yeməyə” adlı yazı dərc olundu. Yazıda pensiya yaşı çatmayan, tək yaşayan bir qadından danışılırdı. O qadın yeməyə çörək tapmır, borcu olduğu üçün işığı, qazı, suyu kəsilmişdi. Qadın xəstə idi, ancaq pensiyaya çıxmaq üçün həkim ona xəstəlik yağızı vermirdi. Daha doğrusu, qadın buna görə ondan pul istədiklərini deyirdi. Onun isə imkanı olmadığı üçün verə bilmirdi. Nəticədə, səfalət içində yaşayırdı. Yazıdan sonra icra hakimiyyəti, bədlədiyyədən qadının evinə gediblər. Onu pulsuz xəstəxanaya yerləşdirəcəklərinə və pensiyasını düzəldəcəklərinə söz veriblər.

“Azərenerji” Göyçayın Potu kəndinin

sakini Pərvin Ömərov

un işığını çəkmirdi. Kənd sakininin sözlərinə görə, qurumdan ona “kabel, dirək al, gələk düzəldək” deyilib. Onun Meydan TV-yə şikayətindən sonra Göyçay Elektrik Şəbəkəsindən gedib vətəndaşın işığını çəkdilər, problemi həll edildi.

Gəncənin Gülüstan qəsəbəsinin sakinləri müraciət edərək hava yerinə toz-torpaq uduqlarını, yollarının bərbad durumda olduğunu söyləmişdilər.

Meydan TV

-də gedən sujetdən sonra əraziyə yeni yol çəkildi.

Ağsu şəhəri, Qaçaq Nəbi küçəsi, 4 saylı evdə yaşayan 36 yaşlı

Murad Soltanov

un “Azərişıq” ASC-yə 605 manat borcu olduğuna görə, işığı ilyarım idi kəsilmişdi. Meydan TV-dəki yazıdan sonra qurum şikayətçinin işıq probleminin həll olunacağını bildirib. Razılığa gəlinib ki, Murad Soltanovun işığı bərpa olunacaq. O, da borcunu ayda 50 manat olmaq şərtilə dəyəcək.

Daha bir şikayətçinin, Ağsu sakini

Vüsal Sadayev

in Meydan TV-də problemi dərc ediləndən sonra onun işlə bağlı şikayətinə baxılıb. Ağsu Rayon Məşğulluq Xidməti şikayətçi ilə görüşüb, onun işəgötürmə ilə bağlı sənədlərini yeniləyib. İş olacağı təqdirdə ona xəbər veriləcəyi bildirilib.

Ağsu Rayon İcra Hakimiyyətində isə yanvardan onu yaşıllaşdırmada müvəqqəti iş ilə təmin edəcəklərini deyiblər.

Ana səhifəBölgəBölgədən səslər necə eşidildi?