Böhtan və təhqirə görə cərimələr kəskin artırılır

Cərimələrin yuxarı həddi 1500 manat edilir

Source:


Cərimələrin yuxarı həddi 1500 manat edilir

Azərbaycanda böhtana və təhqirə görə nəzərdə tutulan cərimələr artırılır. Bununla bağlı Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişiklik edilir.

147-ci maddədə (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) hazırda cərimə məbləği yüz manatdan beş yüz manatadək miqdardadır.

Həmin məbləğ “1000 manatdan 1500 manata qədər” cərimələri ilə əvəzləndirilir.

148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddənin sanksiyasında isə hazırda cərimə miqdarı üç yüz manatdan min manatadək nəzərdə tutulub.

Həmin məbləğin isə “300 manatdan 1000 manata qədər” olması nəzərdə tutulub.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlərBöhtan və təhqirə görə cərimələr kəskin artırılır