Nəqliyyatın işlədiyi günlər qeyri-rəsmi iş günləridir
"15 İyun Milli Qurtuluş günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək"
APA-ya bu açıqlama Bakı Nəqliyyat Agentliyindən verilib.
BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumatı Meydan TV-yə təsdiqləyərək bildirib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək isə müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək qədər uzadılıb.
Baş nazir Əli Əsədovun bu barədə imzaladığı qərara görə iyunun 28-dək həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Mayın 31-dən isə Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunub, o cümlədən metronun, rayonlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilib.