BMT Qəzza zolağında kütləvi aclıq olduğunu açıqlayıb

Qəzza. Foto: Reuters

Qəzzanın 2,3 milyon əhalisinin əksəriyyəti evlərindən didərgin düşüb

Dekabrın 12-də İsrail Qəzzanı havadan atəşə tutub. Ölüm və yaralanma hallarının olduğu bildirilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası İsrail və HƏMAS arasında iki aydır davam edən qarşıdurma nəticəsində Qəzza zolağında kütləvi aclıq olduğunu açıqlayıb.

Bildirilir ki, fələstinlilər arasında aclıq getdikcə pisləşir. Beynəlxalq təşkilatların atəşkəsə çağırdığı bir dönəmdə İsrailin Qəzzaya hücumu nəticəsində yüzlərlə dinc sakin həlak olub.

BMT bildirir ki, Qəzzanın 2,3 milyon əhalisinin əksəriyyəti evlərindən didərgin düşüb. Sakinlərin bildirməsinə görə, sıx məskunlaşma olan sahil anklavında sığınacaq və yemək tapmaq mümkün deyil. BMT-nin Ümumdünya Ərzaq Proqramı əhalinin yarısının aclıqdan əziyyət çəkdiyini bildirib. BMT-nin fələstinli qaçqınlar üzrə məsul qurumu olan UNRWA “X” sosial platformasında “aclıq hər kəsi təqib edir”, – yazıb. Qəzzalılar dəfələrlə qaçmaq məcburiyyətində qalan insanların aclıqdan və soyuqdan, eləcə də bombardmanlardan öldüyünü söyləyir. Bildirirlər ki, yardım maşınları talan edilir, ərzaq qiymətləri isə çox yüksəkdir, hamının almağa gücü çatmır.

İsrailin məlumatlarına görə, oktyabrın 7-də İsrailə transsərhəd hücum olub. Nəticədə 1200 nəfər ölüb, 240 nəfər girov götürülüb. Onlar da buna səbəb olan HƏMAS yaraqlılarının kökünü kəsməyə çalışır. İsrail bildirir ki, hələ bombardmana başlamadan öncə insanlara köçmə göstərişi verilib. Bu, onları qorumaq üçün edilib.

“Biz bu münaqişədə baş verən hər şeyi izləyirik”, – ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə deyib. Əlavə edib ki, hazırda İsrail hökuməti ilə danışıqlar aparırlar.

“Həmçinin rəsmi Vaşinqton sosial mediada Qəzzada alt paltarında saxlanılan fələstinli kişilərin görüntülərini “dərin narahatedici” hesab edib. İsraildən fotoşəkillərlə bağlı vəziyyətə aydınlıq gətirməsini istəyib”, – Miller əlavə edib.

BMT
Foto: BMT

İsrail isə cavabında deyib ki, bu şəxslər partlayıcı və ya silah gizlətmədiklərini yoxlamaq üçün soyunublar. Ağ Ev həmçinin dekabrın 11-də İsrailin oktyabrda Livanın cənubuna hücumu zamanı ağ fosforlu sursatlardan istifadə etdiyinə dair xəbərlərdən narahat olduğunu da əlavə edib. İsrail daha öncə “Human Rights Watch” təşkilatının Qəzza və Livanda ağ fosforlu sursatlardan istifadə etdiyinə dair iddiasını “birmənalı olaraq yalan” adlandırıb.

Oktyabrın 7-də İsrailin hücumlara verdiyi cavabı dəstəklədiyinə görə kəskin tənqidlərə tuş gələn ABŞ prezidenti Co Bayden dekabrın 11-də Ağ Evdə yəhudilərin Hannuka bayramını qeyd edərkən deyib ki, onun İsrailə bağlılığı sarsılmazdır.

“İsrail olmasaydı, dünyada təhlükəsiz bir yəhudi də olmazdı”, o bildirib.

Ana səhifəDünyaBMT Qəzza zolağında kütləvi aclıq olduğunu açıqlayıb