BMT: Müharibə başlayandan Ukraynada 9287 mülki şəxs həlak olub

Ukrayna. Foto: Reuters

Münaqişə nəticəsində 537 uşaq həyatını itirib, 1117 uşaq isə yaralanıb

Ukraynada 2022-ci ilin fevralından bəri davam edən münaqişə nəticəsində 9287 mülki şəxsin həlak olduğu, 16384 nəfər isə yaralandığı bildirilir.

BMT-nin Baş katibinin Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə müavini Rozmari DiKarlonun sözlərinə görə, ölən və yaralananlar arasında uşaqlar da var.

Münaqişə nəticəsində 537 uşaq həyatını itirib, 1117 uşaq isə yaralanıb.

Rozmari DiKarlo. Foto: BMT

“Bu rəqəmlər yalnız təsdiqlənmiş halları əhatə edir. Ölən və yaralıların real sayı xeyli çoxdur”, – Rozmari DiKarlo deyib .

O həmçinin bildirib ki, ukraynalı qaçqınların sayı 6,3 milyon, məcburi köçkünlər isə 5,1 milyon nəfər təşkil edib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Ukraynada müharibə başlayandan bəri təxminən 4,76 milyon köçkün, o cümlədən 1,1 milyon qaçqın öz evlərinə qayıdıb.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Ana səhifəSiyasətBMT: Müharibə başlayandan Ukraynada 9287 mülki şəxs həlak olub