BMT missiyası Azərbaycanı vaxtından əvvəl tərk edib

“Nümayəndə heyəti 8-17 sentyabr tarixləri arasında planlaşdırılan səfərinin bütövlüyünün bu dərəcədə çətinliklərlə üzləşməsi səbəbindən missiyanı vaxtından əvvəl dayandırılması qənaətinə gəlib”

Source:


“Nümayəndə heyəti 8-17 sentyabr tarixləri arasında planlaşdırılan səfərinin bütövlüyünün bu dərəcədə çətinliklərlə üzləşməsi səbəbindən missiyanı vaxtından əvvəl dayandırılması qənaətinə gəlib”

İşgəncələrin qarşısının alınması üzrə Birləşmiş Millətlər Təşkilatının Alt-Komitəsi (İQAT) Azərbaycanın da tərəf olduğu BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın fakültativ protokolu (OPCAT) əsasında öz mandatının həyata keçirilməsində qarşılaşdığı maneələr səbəbindən Azərbaycana səfəri dayandırmaq və ölkəni tərk etmək qərarını verib. Bu barədə “Turan İA”-a BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən məlumat daxil olub.

Azərbaycan Respublikasının rəsmi qurumları tərəfindən azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz girişlə əlaqədar verilən zəmanətə baxmayaraq nümayəndə heyətinin azadlıqdan məhrumetmə yerlərinin bir neçəsinə daxil olmasının, digərlərində isə öz vəzifələrini tam yerinə yetirməsinin qarşısı alınıb.

“Fakültativ Protokol üzrə Azərbaycanın götürdüyü öhdəliklərin ciddi pozulması nəticəsində və nümayəndə heyəti 8-17 sentyabr tarixləri arasında planlaşdırılan səfərinin bütövlüyünün bu dərəcədə çətinliklərlə üzləşməsi səbəbindən missiyanı vaxtından əvvəl dayandırılması qənaətinə gəlib”, – deyə məlumatda bildirilir.

Nümayəndə heyəti sentyabrın 14-də fəaliyyətini dayandırıb, lakin bəzi üzvlər Bakıda qalaraq topladığı məlumatlar əsasında Azərbaycan rəsmiləri ilə müvafiq danışıqları davam etdiriblər. Sentyabrın 16-da nümayəndə heyətinin rəhbəri Aişa Şujun Muhammad Xarici İşlər Nazirinin müavini ilə görüşüb.

“İQAT Azərbaycanda işgəncə və pis rəftarın qarşısının alınması məqsədi ilə ölkənin İQAT-la konstruktiv dialoqa başlamasını və Fakültativ Protokol çərçivəsində öz beynəlxalq öhdəliklərinə riayət etməsini gözləyir.

OPCAT çərçivəsində İQAT müxtəlif azadlıqdan məhrumetmə yerlərinə səfər etmək və azadlıqdan məhrumetmə yerlərində işgəncə və pis rəftar riskinə qarşı ciddi təminatları yaratmaq üçün Dövlət orqanlarına tövsiyələr vermək mandatına malikdir”, deyə məlumatda qeyd edilir.

İQAT nümayəndə heyətinə aşağıdakı üzvlər daxildir: Aişə Şujun Muhammad (nümayəndə heyətinin rəhbəri), Miloş Yankoviç, Marqaret Suzuko Osterfeld, Miqel Sarre-İquiniz və Viktor Zaharia (Təqiblər üzrə əlaqələndirici şəxs).

Ölkəyə edilən səfərin sonunda İQAT məxfi hesabat vasitəsilə dövlətə, ehtiyac yarandıqda həm də MPM-ə tövsiyə və müşahidələrini təqdim edir.

Qeyd edək ki, missiya üzvləri istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusa baş çəkiblər, lakin onlar getdikdən sonra Yunusa təzyiq güclənib. Yunus missiya üzvlərini geri çağırdıqda isə bu xahişi BMT nümayəndələrinə çatdırmayıblar.

Ana səhifəXəbərlərBMT missiyası Azərbaycanı vaxtından əvvəl tərk edib