BMT: Maduronun təhlükəsizlik qüvvələri insanlığa qarşı cinayət törədib

Maduronun solçu hökuməti tərəfindən hesabata şərh bildirən olmayıb.

Source: BMT


Təşkilat hesabat hazırlayıb

BMT-nin araşdırmacıları çərşənbə günü Venesuela təhlükəsizlik qüvvələri və müttəfiq qrupların sistematik qətl və işgəncələrlə insanlığa qarşı cinayət törətdiyini qeyd edib, – “Reuters” xəbər verir.

“Prezident Nikolas Maduro ilə Daxili işlər və Müdafiə nazirlərinin müxalifəti susdurmaq üçün hesabatda sənədləşdirilən cinayətlərə əmr verdiklərini düşünmək üçün yetərli səbəblər var”, – onlar qeyd edib.

“Dövlət tərəfindən həyata keçirilən edamların əksəriyyəti qanunun aliliyi və demokratik təsisatların dağıldığı Venesuelada mühakimə olunmadan baş verib”, – hesabatda bildirilir.

Birləşmiş Millətlər Təşkilatının fakt araşdırma missiyası digər milli yurisdiksiyaların və 2018-ci ildə Venesuela ilə əlaqədar ilkin araşdırmaya başlamış Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) cinayət əməllərinə baxmalı olduğunu qeyd edib. Missiya qurban olaraq təyin etdiyi şəxslərin adlarını açıqlayacaq məlumat bazasını paylaşacağını bildirib.

maduro.jpg
Nikolas Maduro

“Missiya Venesuela rəsmiləri və təhlükəsizlik qüvvələrinin 2014-cü ildən bəri ciddi insan hüquqları pozuntularını həyata keçirdiyinin təsdiqi olaraq əsaslar tapıb, bunlardan bəziləri – özbaşına qətllər və sistematik işgəncə də daxil olmaqla – insanlığa qarşı cinayətdir”,- sədr Marta Valinas açıqlamasında bildirib.

Maduronun solçu hökuməti tərəfindən hesabata şərh bildirən olmayıb.

Hesabat 270 qurban, şahid, keçmiş məmur və vəkillərlə aparılan müsahibə və məxfi sənədlər əsasında hazırlanıb.

Hesabatda hərbi, polis və kəşfiyyat zabitlərinin məhkəmədənkənar qətllər törətdiyi də qeyd edilir.

Ana səhifəDünyaBMT: Maduronun təhlükəsizlik qüvvələri insanlığa qarşı cinayət törədib