BMT ekspertlərindən hakimiyyətə çağırış

“İnsan hüquqlarının pozulması sahəsindəki qanuni fəaliyyətlərinə cavab olaraq siyasi motivli həbslər dalğasından şoka düşmüşük”

Source:


“İnsan hüquqlarının pozulması sahəsindəki  qanuni fəaliyyətlərinə cavab olaraq siyasi motivli həbslər dalğasından şoka düşmüşük”

BMT-nin insan hüquqları sahəsindəki ekspertləri Azərbaycanda tanınmış hüquq müdafəçilərinin təqib olunmasını qəti şəkildə pisləyərək hökuməti onlara qarşı repressiyalara son qoymağa çağırıblar.

 “Biz əsassız həbslər, təqiblər, saxta hökmlər, bank hesablarına həbslərin qoyulması, vətəndaş fəallarının ölkədən çıxışına qadağanın qoyulması faktlarının artmasından dəhşətə  gəlirik.

Fəallara qarşı cinayət təqiblərinə son qoyulmalıdır, əsassız olaraq həbs edilənlər azadlığa buraxılmalıdr”- BMT ekspertlərinin təşkilatın Cenevrə bölməsinin  saytında yerlışdirdikləri xəbərdə deyilir.

Bəyanatda Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, İntiqam Əliyevin həsbi xüsusi qeyd olunur: “Biz onların insan hüquqlarının pozulması sahəsindəki  qanuni fəaliyyətlərinə cavab olaraq siyasi motivli həbslər dalğasından şoka düşmüşük”.

BMT ekspertləri hakimiyyətə ifadə, dinc toplaşma və birləşmə azadlığı ilə bağlı öhdəliklərini xatırladır.

Bəyanatı hüquq müdafiəçiləri üzrə xüsusi məruzəçi Maykl Forst, toplaşma və birləşmə azadlığı üzrə xüsusi məruzəçi Mayna Kiay, ifadə və fikir azadlığı üzrə xüsisi məruzəçi Devid Kae imzalayıblar.


Bu ekspertlər BMT-nin insan hüquqları sahəsində müstəqil ekspertlərdən ibarət “xüsusi prosedur” bölməsinin üzvləridir (Turan IA)

.

Ana səhifəXəbərlərBMT ekspertlərindən hakimiyyətə çağırış