Əfqanıstanda partlama nəticəsində 9 şagird öldürülüb
Ötən cümə Əfqanıstanda “Quran” kursuna hava mərmisinin düşməsiylə 9 şagird öldürülüb, 6 şagird yaralanıb, – “Euronews Türkçə” xəbər verir.
Hadisə ilə bağlı araşdırmalara başlandığı bildirilib. Hücumu üstlənən təşkilat olmayıb, xəbərdə qeyd edilir.
Birləşmiş Millətlər Təşkilatı bu həftə ardıcıl beşinci ildir ki, Əfqanıstanın uşaqlar üçün planetdəki ən ölümcül ölkə olduğunu qeyd edib, – “Voice of America” xəbər verir.
ABŞ-ın baş katibi Silahlı Münaqişələrdə Uşaqların vəziyyəti ilə bağlı illik hesabatında 2019-cu ildə 3000-dən çox uşağın Əfqanıstanda öldürüldüyünü və təxminən bir çoxunun yerüstü döyüşlər, partlayıcı qurğular və intihar hücumları nəticəsində əlil olduğunu qeyd edib.
1200-dən hadisə Taliban tərəfindən törədilərkən hökumət və hökumətyönlü qüvvələr, o cümlədən Əfqanıstan Milli Ordusu və Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri, təxminən min nəfərin başına gələnlər üçün cavabdehlik daşıdığı bildirilib.
“Keçən il seçkilər və seçki zorakılığı vəziyyətə çox təsir edib”,- Baş katibin uşaqlar və silahlı qarşıdurma üzrə xüsusi nümayəndəsi Virciniya Gamba deyib.
Əfqanıstanın ən təhlükəli ölkə olmasına baxmayaraq Gamba hökumətin və beynəlxalq hərbi qüvvələrin tətbiq etdiyi tədbirlər sayəsində 2018-ci ildən bu yana itki sayının azaldığını bildirib.
Müharibə şəraitində olan Suriya və Yəmən illik siyahıda Əfqanıstandan sonra gələn ilk ölkələrdir.