BMM Sivil Toplum Platformasına yer verməyib

”BMM-in sahibliyinin rəsmi şəxslərə yaxınlığını nəzərə aldıqda bu davranışın sifarişli olduğu görünür”

Source:


”BMM-in sahibliyinin rəsmi şəxslərə yaxınlığını nəzərə aldıqda bu davranışın sifarişli olduğu görünür”

“Azərbaycanda sərbəst toplaşmaq hüququnun icra vəziyyətində ciddi problemlər qalmaqda davam edir. Hökumətə bağlı olmayan müstəqil şəxslərin və qurumların hətta qapalı yerlərdə bir araya gəlib güncəl mövzularda müzakirələr aparmaq, dəyirmi masalar keçirmək, konfranslar təşkil etmək imkanları maksimum məhdudlaşdırılır”.

Bu məlumat Sivil Toplum Platformasının yaydığı açıqlamada yer alıb.

Platforma qeyd edir ki, Bakı şəhərində fəaliyyət göstərən otellər birmənalı olaraq vətəndaş cəmiyyətinin problemlərini müzakirə etmək istəyən müstəqil tərəflərə yer verməməkdə qərarlıdır:

“Son 1-2 ay ərzində yalnız Beynəlxalq Mətbuat Mərkəzi istisna təşkil etsə də, təəssüf ki, artıq onlar da bu siyahıya qoşuldu.

Sivil Toplum Platforması 22 iyul Milli Mətbuat Günü münasibətilə Azərbaycan mediasının durumunu müzakirə etmək məqsədi ilə Dəyirmi Masa təşkil etməyə qərar vermiş və bu məqsədlə BMM-ə müraciət etmişdi. BMM rəhbərliyi 9 iyuldan 31 iyuladək heç bir tədbirin keçirilməsini mümkün hesab etməyib və bütün zamanların “dolu” olduğunu əsas gətirərək, yer ayırmaqdan imtina edib.

BMM-in üç toplantı salonu var və gün ərzində 24 saat toplantı keçirmək imkanındadlr. Lakin 22 gün ərzində bir saat vaxt ayıra bilmədiyini bəyan edir. Bu davranışdan belə anlaşılır ki, BMM-də 22 gündə (15 iş günündə) 360 saat tədbir olacaq. Yerin hər saatına azı 100 manat tələb edən BMM, əgər 360 saat tədbir keçirirsə, o zaman onun 22 günlük gəliri 36 min manat olacaq. Öz məntiqləri ilə illik gəlirləri yarım milyon manat edən bu qurum, ildə azı 30 min manat vergi verməlidir. Maraqlıdır, bu qurum iyul ayında nə qədər vergi ödəyəcək?”

Açıqlamada bildirilir ki, BMM-in sahibliyinin rəsmi şəxslərə yaxınlığını nəzərə aldıqda bu davranışın sifarişli olması, rəsmi tərəflərin alternativ düşüncə platformalarına qarşı dözümsüzlüyü, habelə ölkədə təməl hüquq və azadlıqların həyata keçirilməsinin önlənməsi cəhdi kimi görünür:

“Sivil Toplum Platforması vətəndaş cəmiyyəti qurumlarına, müstəqil mediaya, müstəqil ekspertlərə qarşı bu tip ayrıseçkiliyi kəskin pisləyir və bu davranışlardan rəsmiləri imtina etməyə, hüquq və azadlıqlara hörmətlə yanaşmağa çağırır”.

Ana səhifəXəbərlərBMM Sivil Toplum Platformasına yer verməyib