Bloqqer Mehman Hüseynovu buraxıblar (Yenilənib)

O , iki gündür naməlum şəxs tərəfindən izlənirmiş. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı, bloqqer Mehman Hüseynov iyulun 7-də naməlum şəxslər tərəfindən oğurlanıb.

Source:


O , iki gündür naməlum şəxs tərəfindən izlənirmiş.

Bloqqer Mehman Hüseynov saxlanıldıqdan 4 saat sonra sərbəst buraxılıb. RATİ rəhbəri Emin Hüseynovun verdiyi məlumata görə, bloqqeri mülki geyimli şəxlər Nəsimi rayon polisinə aparılıb. Orada bildirilib ki, ondan şikayət var:

“Polisdə bildiriblər ki, guya bir dükan sahibini hədələyib. Dubinka ilə üstünə gedərək, yaxınlıqdakı barların polis himayəsində olduğunu deməsini tələb edib. Çox absurd bir ittihamdır. Amma polisdə Mehmana onu da deyiblər ki, sosial şəbəkədə çox kəskin yazırsan, “ağıllı ol”. Ondan ifadə alınıb və sərbəst buraxılıb”.

***

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı, bloqqer Mehman Hüseynov iyulun 7-də naməlum şəxslər tərəfindən oğurlanıb. Bu barədə Meydan TV-yə onun qardaşı, RATİ-nin rəhbəri Emin Hüseynov məlumat verib. Onun sözlərinə görə, əməkdaşları Mehman Hüseynov səhər saat 9.25 radələrində ofisin yaxınlığından aparılıb. Dörd nəfər mülki geyimli naməlum şəxs bloqqeri zorla qara rəngli “Jeep Prado” markalı avtomobilə mindirərək aparıblar:

“Onun kimlər tərəfindən və hara aparıldığını bilmirik. İki gün idi ki, onu bir nəfər izləyirdi. Bir neçə dəfə ofisin yaxınlığında da görmüşük və bizim təhlükəsizlik kameralarına da düşüb. Bu gün də həmin şəxsi görən olub. Mehman əməkdaşlarımızdan birini qarşılamaq üçün küçəyə çıxıb. Onu aparmağa gələnlər iki avtomobillə olub”.

Emin Hüseynov hadisədən yarım saat sonra polisə müraciət etdiyini deyir. Alınan son xəbərə görə, Mehman Hüseynov sərbəst buraxılıb.

Mehman Hüseynov foto və videolarına görə, bir neçə mükafata layiq görülüb. O cümlədən mötəbər jurnalist mükafatı olan – “Gerd Bucerius – Azad Avropa Mətbuatı” laureatıdır. Gənc bloqqerə qarşı 2012-ci ildə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. O, həmin ilin iyun ayında mitinqlərdə Çevik Polis Alayının xüsusi təyinatlı dəstəsinin birinci manqa komandirinə güc tətbiq etməkdə təqsirləndirilmişdi. Mehman Hüseynovdan iltizam alındığı üçün hələ də ölkəni tərk edə bilmir.

Ana səhifəXəbərlərBloqqer Mehman Hüseynovu buraxıblar (Yenilənib)