Bloqqer Mehman Hüseynov və gənc fəallar saxlanılıb (Yenilənib)

Hazırda Məsud Əsgər, Samir Əsədli və Mehman Hüseynov polis bölməsindədirlər

Source:



0:39

 – Bloger Mehman Hüseynov, Məsud Əsgər, Samir Əsədlidən izahat alındıqdan sonra sərbəst buraxılıblar.

***

28 avqustda, gecə radələrində NİDA Hərəkatının üzvləri Məsud Əsgər, Elçin Şərifzadə və bloqqer Mehman Hüseynov polis tərəfindən saxlanılıb. Hər üç fəal Sabunçu rayon 12-ci polis bölməsinə aparılıb, daha sonra Elçin Şərifzadə sərbəst buraxılıb və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli saxlanılıb.

Meydan TV-yə bu barədə NİDA-nın idarə heyətinin üzvü Ülvi Həsənli məlumat verib. Onun sözlərinə görə, avqustun 28-də NİDA ilə VHP-nin gəncləri futbol oynayıblar. Oyun zamanı VHP üzvü yıxılıb və zədə alıb.  Onu Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına gətiriblər. Orada həkimlər həmin gəncə baxmaq istəməyiblər. Baş verənləri Mehman Hüseynov kamera ilə görüntüləyib.

Bu zaman xəstəxananın mühafizəçisi gəlib və Mehmanın əlindən fotokamerasını alıb. Daha sonra xəstəxanaya polis çağırılıb. Orada olan gənclər saxlanılıb.

Hazırda Mehman Hüseynov, VHP Gənclər Təşkilatının sədri Samir Əsədli, Nida üzvü Məsud Əsgər Sabunçu rayon 12-ci polis bölməsindədirlər.

Ana səhifəXəbərlərBloqqer Mehman Hüseynov və gənc fəallar saxlanılıb (Yenilənib)