Blogger Xalid Xanlarovun şikayəti təmin olunmadı (VİDEO)


Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsində gənc fəal Xalid Xanlarovun apellyasiya şikayətinə baxılıb.

Vəkil Şəhla Hümbətova məhkəmədə bildirib ki, həbsindən əvvəl Xalid Xanlarovun Qəbələdə yaşayan anasına polis tərəfindən xəbərdarlıq edilib. Qəbələ Polis İdarəsindən qadına deyilib ki, oğlu sosial şəbəkədəki paylaşımları yığışdırsın. Şəhla Hümbətova əlavə edib ki, polis bölməsində Xalid Xanlarovu hədələyib ondan etirafedici ifadə alıblar:

“Xalidə deyiblər ki, ya 25 sutka ilə razılaşıb, etirafedici ifadə verirsən, ya da cinayət işi başlayıb, səni 6-7 il həbsxanaya göndərəcəyik.”

Vəkil çıxışının sonunda Binəqədi Rayon Məhkəməsinin qərarının ləğv olunmasını istədi. Hakim Qail Məmmədov apellyasiya şikayətini təmin etmədi və Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldı.

Xalid Xanlarov da məhkəmədəki çıxışında, onunla birgə kamerada polisə müqavimət maddəsi ilə 5 -10 gün müddətinə saxlanılanların olduğunu deyib:

“Polisə müqavimət maddəsi maksimum 30 gün həbsdir. Mənə 10 dənə yüngülləşdirici hallar saydılar. Tələbə olmağım, bir gün öncə yuxulu olmağım, gərgin olmağımı nəzərə alaraq, təkcə 5 gün azaltdılar”.

__


Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.



Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideoBlogger Xalid Xanlarovun şikayəti təmin olunmadı (VİDEO)