Blogger Xalid Xanlarov 25 sutka həbs edilib

Həbsindən bir gün əvvəl, o, DİN-ə Facebook sosial şəbəkəsindəki fəaliyyətinə görə ifadə verməyə çağırılıb

Source:


Həbsindən bir gün əvvəl, o, DİN-ə Facebook sosial şəbəkəsindəki fəaliyyətinə görə ifadə verməyə çağırılıb

Yanvarın 23-də saxlanılan blogger Xalid Xanlarova 25 sutkalıq cəza verilib.

Bu barədə Meydan TV-yə bloggerin dostları məlumat verib.

Xalid Xanlarov İnzibati Xətalar Məcəlləsinin “Polisə müqavimət” maddəsi ilə cəzalandırılıb. Dostlarına verdiyi məlumata görə, Xalid Xanlarov həbs olunmazdan bir gün əvvəl  DİN-ə Facebook sosial şəbəkəsindəki fəaliyyətinə görə ifadə verməyə çağırılmışdı.

Aktiv Facebook istifadəçisi DİN-in İnzibati Asayişi Pozanların Saxlanma Həbsxanasında saxlanılır.

20 yaşlı blogger Qafqaz Universitetinin 3-cü kurs tələbəsidir.

Ana səhifəXəbərlərBlogger Xalid Xanlarov 25 sutka həbs edilib