Bloger Məhəmməd Mirzəlinin bıçaqlandığı deyilir

Əfqan Muxtarlı: “Vəziyyətinin ağır olduğu söylənilir”

Foto: Məhəmməd Mirzəlinin şəxsi arxivindən


Fransada yaşayan bloger Məhəmməd Mirzəli bıçaqlanıb.

Məlumatı Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı yayıb. Daha sonra isə Məhəmməd Mirzəlinin olayı təsdiqləyən video görüntüsü yayımlanıb.

Həmin görüntülərdə o bildirir ki, küçədə qarşısını kəsib, əllərini, boynunu doğrayıblar. Hazırda isə xəstəxanada müalicə alır.

"Vəziyyətinin ağır olduğu söylənilir. Hakimiyyət başkəsən mahiyyətindən əl çəkmir", – Əfqan Muxtarlı belə deyir.

O, Məhəmməd Mirzəli ilə telefonla danışdığını da söyləyir: “Mənə dedi ki, küçədə getdiyi yerdə telefonla danışıb. O, 6 nəfərin hücumuna məruz qaldığını söyləyib.

"6 nəfər yolda tutub sözün əsl mənasında onu doğrayıblar. Boynunun arxasından, qarnından ağır xəsarət alıb. Əllərini, barmaqlarını kəsik kəsik ediblər. Qollarını doğrayıblar", – Əfqan Muxtarlı bildirib.

Məhəmməd Mirzəli ötən həftə ailə üzvünə qarşı kibercinayət törədildiyini, hədələndiyini deyirdi.

O, hakimiyyəti tənqid edən şəxs kimi tanınır.


Meydan TV blogerin ailə üzvləri ilə əlaqə saxlaya bilməyib.

Ana səhifəXəbərlərBloger Məhəmməd Mirzəlinin bıçaqlandığı deyilir