Bloger Əbdül Əbilovun səhhəti kəskin şəkildə pisləşib

“Çox arıqlayıb, üzünün rəngi ağarıb və güclü öskürəyi var idi”

Source:


“Çox arıqlayıb, üzünün rəngi ağarıb və güclü öskürəyi var idi”

Həbsdə olan bloger Əbdül Əbilovun səhhəti kəskin şəkildə pisləşib, məlumatı “Turan İA”-a məhbusun anası Nurcahan Əbilova bildirib.

Dünən o, 13 saylı cəzaçəkmə müəssisəsində öz oğlu ilə görüşüb. “Mən Əbdülü iki ay əvvəl görmüşdüm, onda o, tamamilə normal görünürdü. Amma bu dəfə o, çox arıqlayıb, üzünün rəngi ağarıb və güclü öskürəyi var idi”, deyə N.Əbilova bildirib.

Xalid Bağırovun vəkillik fəaliyyətindən uzaqlaşdırılmasından sonra (o, Əbilovu pulsuz müdafiə edirdi) Əbdül müdafiəsiz qalıb, ailəsinin isə yeni vəkil tutmaq üçün vəsaiti yoxdur.

Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsindən məhbusun səhhəti ilə bağlı şərh verə bilməyiblər, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə müraciət etməyi məsləhət görüblər. Lakin bu idarədə Əbdül Əbilovun vəziyyəti haqqında heç nə bilmirlər.

Xatırladaq ki, Əbilov facebook-da “Yaltaqlığa stop!”, və “Seçki saxtakarlığına son!” səhifəsini yaradıb. Mayın 27-də o, qanunsuz narkotik ticarəti ittihamı ilə 5,5 il müddətinə həbs edilib.

Ana səhifəXəbərlərBloger Əbdül Əbilovun səhhəti kəskin şəkildə pisləşib