Bloger 30 sutka azadlıqdan məhrum edildi (yenilənib)

”O, polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir”

Source:
Rahim Şalıyev foto sosial şəbəkə


”O, polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir”

***


18.28. Respublikaçı Alternativin Sumqayıt Məclisinin fəalı, bloger Rahim Şalıyev 30 sutka müddətində azadlıqdan məhrum edilib.

***

Fevralın 20-də REAL Hərəkatının Sumqayıt təşkilatının fəalı, bloger Rahim Şaliyevin saxlanıldığı deyilir.

Məlumatı Meydan TV-yə jurnalist Elkin Xəlil verib:

“Hazırda Sumqayıt Baş Polis İdarəsinə aparılıb. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı irəli sürülüb. O, yaxın saatlarda məhkəməyə göndəriləcək. Rahim Şaliyevə qarşı irəli sürülən ittiham absurddur”.

Ana səhifəXəbərlərBloger 30 sutka azadlıqdan məhrum edildi (yenilənib)