Bu sürücülər “Azərinşaat” MMC-nin qarşısında maaşlarını tələb etmək üçün toplaşıblar. Sürücülər 5 aydır məvaciblərini ala bilmədiklərini deyirlər. Masallı – Lənkəran layihəsində çalışan sürücülər maaşlarını almaq üçün 5 gündür ki, burada gecələyirlər.
“Bizə heç bir əmək haqqı ödənilmir. Heç kimi nəzərə almırlar. Yayda şalvarlarımız duz bağlayır işləməkdən. İndi də gəlmişik, pulumuz üçün dava edirik. Belə zəhmət haqqı olar? Belə dövlət olar?- deyə sürücülər sual edir.
İş icraçısı Elmir Şahbazov Meydan TV-yə “Azərinşaat” MMC-yə işçilərin sənədlərini göndərdiyini və yaxın günlərdə fəhlələrin əmək haqlarını alacaqlarını bildirib.
Sürücülər əmək haqlarını almayacaqları təqdirdə, Prezident Administrasiyasının qarşısına toplayacaqlarını bildiriblər.