”Bizi döyüb Tağı Əhmədovun əleyhinə ifadə almaq istədilər”

Tağı Əhmədovun qohumları ifadə verdi

Source:
Tağı Əhmədov
Tağı Əhmədov


Tağı Əhmədovun qohumları ifadə verdi

Dekabrın 26-da Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN idarə rəisi Akif Çovdarov və digərlərinin məhkəməsi keçirilib.

Meydan TV- nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda Tağı Əhmədovun qardaşı oğlu Şövqü Əhmədov və qohumu Elşən Tağıyev ifadə veriblər.

Onlar istintaqa verdikləri ifadəni təsdiq ediblər. Hər iki şəxs ifadələrində bildiriblər ki, MTN-nə aparılıblar. Onlar təqsirləndirilən şəxslərin heç birini tanımadıqlarını və MTN-də kim tərəfindən döyüldüklərini bilmədiklərini deyiblər. Bildiriblər ki, MTN-də onları döyüb Tağı Əhmədovun əleyhinə ifadə almaq istəyiblər. Ş. Əhmədov həmin təzyiqlər nəticəsində T. Əhmədovun əleyhinə ifadə verdiyini deyib. E. Tağıyev isə onun əleyhinə ifadə vermədiyini bildirib. Hər iki şəxs istintaq zamanı hər hansı təzyiqə məruz qalmadıqlarını, sərbəst ifadə verdiklərini və həmin ifadəni təsdiq etdiklərini deyiblər.

Məhkəmə iclasında bildirilib ki, növbəti iclasda Tağı Əhmədov ifadə verəcək.

Proses dekabrın 28-də davam edəcək.

Ana səhifəXəbərlər”Bizi döyüb Tağı Əhmədovun əleyhinə ifadə almaq istədilər”