“Bu binaları şirkət üzləmişdi, amma hələ də bilmirik kimdi onlar. Prezidentdən yox, bizə bu zülmü verənlərdən narazıyıq. Bunları tutsunlar, gedək, gözümüzlə görək ki, kimdi bu insanların qanına batan, bizim də ürəyimiz sakit olsun. 50 ildə qazandıqlarımız 5 dəqiqədə məhv olub getdi, amma gəlib Allahın başsağlığını vermədilər. Bizim dövlətdən narazılığımız yoxdu, amma bizi dövlətdən narazı salanlar var”.
Bu sözləri ötən il mayın 19-da yanan binanın sakinləri deyir. Onların sözlərinə görə, bina təmir olunub, amma içində lazımi əşyalar yoxdur: “Gözümlə gördüm, birinci blokda iki mənzilə soyuducu, televizor , kondisioner qoymuşdular, yerə xalça da sərmişdilər, sonra hamısını söküb apardılar”.
Sakinlər onlara qarşı olan laqeydlikdən də şikayətlənirlər: ” Bir balaca mağar quraydılar, burda çayımızı da özümüz verərdik. Onu da etmədilər”.