“Sumqayıt şəhər icra başçısı Sülh küçəsindəki mağazaların sökülməsinə qərar verib. Bunun nə dərəcədə qanuni olduğu bizə başa salınmır. Bu yerləri biz öz başımıza tikməmişik. Küpçəmiz var və sökülməsi barədə məhkəmə qərarı da yoxdur” .
Bu sözləri sahibkar Rövşən İsmayılov deyir.
Sahibkarların sözlərinə görə, Sülh küçəsinin yolunu və işıqlanmasını onlara düzəltdirən icra başçısı indi mağazaları sökdürəcək: “Bu mağazalar domino kimidir, birincidən başlasalar, axıra qədər gedəcək”.
Sahibkar Zahir Məmmədov deyir: “Gedib Rusiyada əziyyət çəkib qazanc əldə etmişik ki, gəlib oz dövlətimizdə iş qurub, yaşayaq. İndi də sorağ gəlib ki, sökülür”. İcra hakimiyyəti başçısı Zakir Fərəcovun bu qərarının qanunsuz olduğunu deyən mağaza sahibləri əvvəlcə xəbərdarlıq edilməsini və mülklərinin qarşılığının verilməsini tələb edirlər. Eyni zamanda burada işləyən işçilərin də hüqüqlarının pozulduğunu deyirlər.
Sakinlər və market işçiləri də vəziyyətdən narahatdırlar. İşçilərdən Tamella Əliyeva “bizə park lazimdir, yoxsa iş yeri” sualı ilə öz etirazini bildirir.
Bu yazı 9 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 10 Yanvar 2016 07:33
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-bize-park-lazimdir-yoxsa-is-yeri.html
Ana səhifə ▸ Video ▸