Qubad İbadoğlu nizamnamə çərçivəsində qərarlar qəbul edəcəyini bildirdi
Bu sözləri apa-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu deyib.
Q. İbadoğlu bildirib ki, hazırda başqanlıq seçkisinin nəticələri və veriləcək qərarlarla bağlı müzakirələr davam edir: “Məsələ bundan ibarətdir ki, partiyanın strukturları formalaşmalıdır. Məclisə seçkilər keçirilib, ancaq demək olar ki, yarımçıqdır. Biz bu prosesin yekunlaşmasını gözləyəcəyik və ondan sonra Nizamnamə çərçivəsində qərarlar qəbul etmək niyyətindəyik”.
Sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Q. İbadoğlu 200 isə səslə ikinci olub.