İyunun 28-də bir qrup şəxs Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin binasının önündə aksiyası keçirib.
Onlar “Birlik” MMC tərəfindən aldadıldıqlarını deyiblər. “2009-cu ildə “Birlik” MMC-dən 32 min manata mənzil aldım. İki ildən sonra açarları götürmək istəyəndə məlum oldu ki, həmin ev bir neçə nəfərə satılıb. Daha sonra məsələ böyüdü və bizi yönləndirdilər onların “Hasil” adlı başqa bir şirkətinə. Müqavilə verildi ki, yeni bina tikiləcək və mənzillər veriləcək, amma hələ də ev verilməyib”. Bu sözləri Ceyran Baxşıyeva deyir.
Şikayətçi Raya Məmmədova da Xirdalanda tikiləcək binanın yarımcıq qalmasından, tam inşa olunub istifadəyə verilməməsindən narazılıq edir: “Bura Xirdalan 39-dur. Bizi Korrupsiya İdarəsinin əli ilə bura göndəriblər ki, bina inşa olunacaq və mənzillərlə təmin olunacaqsınız. Bizi aldadan Elman adli şəxsin qardaşı Məhərrəm bu məsələni öz üzərinə götürmüşdü, amma 5 ildir heç bir xəbər yoxdur. Gördüyünüz kimi, birinci mərtəbə kanalizasiya suyunun içindədir, tikinti de getmir. Bizə ev lazımdır, bataqlıq yox “.
Bina önünə toplaşan aksiya iştirakçılarına adını açıqlamayan MMC yetkilisi bildirdi ki, iyulun 1-də üzərinə öhdəlik götürən Məhərrəm Məhərrəmov onlarla görüşəcək. Şikayətçilər həmin gün yenidən əraziyə gələcəklər
Kanalımıza abunə ol
–
https://goo.gl/TcM9Fm