“Biz bu cür hadisələrdən nəticə çıxardan xalq deyilik”

Cəmil Həsənli: “Mütəxəssis rəyi almadan insanları kütləvi şəkildə təhlükə qarşısında qoymaq hökumətin məsuliyyətidir”

Source:


Cəmil Həsənli: “Mütəxəssis rəyi almadan insanları kütləvi şəkildə təhlükə qarşısında qoymaq hökumətin məsuliyyətidir”

Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində 16 insan ölüb, onlarla xəsarət alan var. Baş vermiş faciə ilə əlaqədar Milli Şuranın sədri Cəmil Həsənli Meydan TV-in suallarını cavablandırıb.



C


ə


mil m


üə


llim, ba


ş


 ver


ə


n hadis


ə


ni nec


ə


 d


ə


y


ə


rl


ə


ndirirsiniz?

– İlk növbədə, bu, faciədir. Gözlənilməz yanğın nəticəsində hündür mərtəbəli binada çoxlu sayda vətəndaş bu faciə ilə üzləşib. Tək yanğın deyil, həm də zəhərlənmə baş verib. Bina üzlüyü kimyəvi maddələrdən, neft tullantılarından hazırlandığı üçün yanan zaman güclü zəhərlənmə də baş verir. Yəqin ki, araşdırmalar nəticəsində hadisə daha aydın olacaq. Çünki çoxlu insan yanğın və zəhərlənmədən  həyatını itirib. Buna görə bilavasitə müvafiq orqanlar məsuliyyət daşıyır. Birinci növbədə Bakı Şəhər İcra Hakimiyyəti. Şirkətlə müqavilə hansı şəraitdə bağlanıb və tikinti matertiallarından istifadəyə kim icazə verib? Bu suallara cavab verilməlidir. O cümlədən, bilavasitə Fövqəladə Hallar Nazirliyi məsuliyyət daşıyır. Çünki tikinti materialının yararlı olub-olmaması haqqında rəy vermək nazirliyin vəzifəsidir.



Xat


ı


rlay


ı


rs


ı


n


ı


zsa, bir m


ü


dd


ə


t


ə


vv


ə


l X


ə


tai rayonunda da


yan


ğı


na h


ə


ssas


ü


zl


ü


kl


ə



ü


zl


ə


n


ə


n bina yanm


ış


d


ı


, amma ciddi t


ə


dbir g


ö


r


ü


lm


ə


di. B


ə


s 19 may faci


ə


sind


ə


n sonra hans


ı


sa t


ə


dbirl


ə


r g


ö


r


ü


l


ə


c


ə


kmi?

– Biz bu cür hadisələrdən nəticə çıxaran xalq deyilik. Əslində, 19 may faciəsinin anonsu Xətai rayonunda baş vermişdi. Fövqəladə tədbirlər o zaman görülməliydi. Başqa bir məqam da var, Avropa Oyunlarına görə paytaxtı tələsik bəzəmək üçün yanğına həssas materiallardan istifadə olunub. Yəni hakimiyyət məsələyə “üstü bəzək, altı təzək” prinsipi ilə yanaşıb. Diqqət yetirin, bu üzlüklərin hamısı mərkəzi küçələrdə, böyük prospektlərdə yerləşən binalara çəkilib, hətta bir sıra icra hakimiyyətlərinin binaları yanğına həssas materilala üzlənib. Məsələ ciddi araşdırılsa, uşaq evləri, məktəblərin də həmin materiallarla üzləndiyi aşkarlanır. Elə sənin yaşadığın Sumqayıt şəhərinin girişindəki binaların əksəriyyəti yanğına həssas materiallarla üzlənib. Hesab edirəm ki, bu işlərdə böyük bir yeyinti var.



N


ə


 m


ə


nada?

– Həmin yanğına həssas olan materiallar çox ucuz başa gəlir. Elə ona görə də şəhəri kütləvi şəkildə yanğın zonasına daxil ediblər. Bu işlərin arxasında çox yüksək vəzifəli adamlar dayanır. Bildiyimə görə, məsələ hökumət səviyyəsində qaldırılıb, amma həmin vəzifəli şəxsin təsiri müzakirələri dayandırıb. Hesab edirəm ki, əgər material xaricdən gətirilirsə, kimin icazə verməsi araşdırılmalıdır. İkincisi, bildiyimə görə, material ölkə daxilində istehsal olunur, neft və sənaye tullantılarından hazırlanır. Ona görə bu cür binaların birinci mərtəbələrini sökməklə təhlükədən qurtulmaq mümkün deyil. Təxminən 3 gün əvvəl bir kimyaçı dostumuzla bu barədə söhbət etmişdim, o, dedi ki, kim binaların bu materialla üzlənməsinə icazə veribsə, çox təhlükəli hərəkət edib. Çünki həmin materialın alışması üçün yalnız kibrit bəs etmir, istilik dərəcəsindən də material yana bilər. Hətta isti havanın da yanğın yaratma təhlükəsi var. Bu mənada insanları təhlükənin içində otuzdurmaq olmaz. Adi bir misal, yuxarı mərtəbədə uşaq yanğın məşəli kimi nəsə ata bilər və bu, alışqanlıq yaradar. Yaxud bayramlarda fişəng atırlar, ondan da yanğın olar. Hesab edirəm ki, mütəxəssis rəyi almadan insanları kütləvi şəkildə təhlükə qarşısında  qoymaq hökumətin məsuliyyətidir. Təsəvvür edin ki, mütəxəssis torpaq sürüşməsi zonasında ev tikməyin təhlükəliyi haqqında rəy verir, amma tikinti başlanır. Təsəvvür edin ki, Fövqəladə Hallar Nazirliyi əməkdaşları binaları qəbul etmək üçün hətta professorlar yaşayan binalardan rüşvət alır. Əgər binanın texniki göstəriciləri yararlıdırsa, qəbul etmək olar. Əks təqdirdə, rüşvət alıb qəbul etmək böyük faciənin əsasını qoymaq deməkdir.



H


ö


kum


ə


t r


ə


smil


ə


ri m


üə


yy


ə


n a


çı


qlamalar verdi, D


ö


vl


ə


t Komissiyas


ı


 yarad


ı


ld


ı


, amma


ö


lk


ə


d


ə


 h


ə


l


ə


 mat


ə


m elan olunmay


ı


b. Bu bar


ə


d


ə


 n


ə


 dey


ə


bil


ə


rsiniz?

– Böyük faciədir, onun üçün matəm olunmalıdır. Bu faciənin miqyası daha da böyüyəcək. Söhbət zəhərli qazlardan gedir, qapı-pəncərə odundandırsa, onun tüstüsünün zəhər dərəcəsi başqadır, amma bu cür kimyəvi maddədən hazırlanan material yüz faiz zəhərlənmə yaradır. Bir monitorinq aparın, görəcəksiniz ki, mətbuat son 2 ildə bu barədə dəfələrlə xəbərdaredici yazılar dərc edib. Ancaq bu adamların tamahı ərşi-aləyi qalxan alovdan da itidir.



Son m


ə


lumata g


ö


r


ə,


 cinay


ə


t i


ş


i a


çı


l


ı


b v


ə


 binan


ı



ü


zl


ə


y


ə


n


“Global Construction”


ş


irk


ə


tinin r


ə


hb


ə


ri Miryusif Mahmudov i


ş



ü


zr


ə



şü


bh


ə


li


şə


xs qismind


ə


 tutulub. Bir n


ə


f


ə


rin h


ə


bsi faci


ənin ört-basdır edilməsi


m


ü


mk


ü


nd


ü


rm


ü


?

– “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov icraçıdır və şirkət həmin materialı istehsal etmir, kimdənsə alır. Və həmin müəssisə Azərbaycandadır. Hər bir müəssisənin işlənməsi üçün müvafiq lisenziyalar alınmalıdır. Mətbuat zamanında bu barədə dəfələrlə yazdı, amma etinasız yanaşıldı.



Necə düşünürsünüz, 19 may hadisəsi Avropa Oyunlarına kölgə salmaq üçün təxribat ola bilərmi?

– Axı burda təxribata ehtiyac yoxdur. Təxribat həmin üzlüklərin istehsal olunduğu vaxtdan başlayıb. Əgər bir material günəş istisindən yanırsa, burda hansı təxribatı axtarmaq lazımdır?! Fikirli adam yoldan keçərkən siqaretini atır binanın altına və onunla da yanğın başlayır…



Faciə baş verən zaman telekanalların əyləncə proqramlarını dayandırmamasını necə qiymətlındirirsiniz?

– Azərbaycanda televiziyalar müstəqil deyil. Onların “milli damarı” Prezident Administrasiyasının əlindədir. Gərək onlara göstəriş verilsin ki, şou-əyləncə proqramlarını dayandırın, əks təqdirdə dəyişiklik olmayacaq. Kanallar çal-çağırı özbaşına saxlaya bilməzlər. Çünki Avropa Oyunları ilə bağlı elə çal-çağır başlayıb ki, bunun içində alovlanan binanın tüstüsü görünməz.

Ana səhifəXəbərlər“Biz bu cür hadisələrdən nəticə çıxardan xalq deyilik”