Birinci yeri tutan idmançıya 400 min mükafat veriləcək

Olimpiya Oyunlarında Azərbaycan idmançıları üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edildi.

Source:

Olimpiya Oyunlarında Azərbaycan idmançıları üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edildi.

Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilir:

– birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

– ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

– üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ana səhifəXəbərlərBirinci yeri tutan idmançıya 400 min mükafat veriləcək