Birinci vitse-spiker parlament seçkilərinin vaxtının dəyişdirilməsinə zərurət görmür

”Seçkilərin keçiriləcəyi tarixlər üst-üstə düşmür”

Foto: Meydan TV
Ziyafət Əsgərov
Ziyafət Əsgərov


”Seçkilərin keçiriləcəyi tarixlər üst-üstə düşmür”

Növbəti parlament seçkilərinin vaxtının irəli çəkiləcəyi ilə bağlı iddialar yalandır.

“Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O, bunda zərurət olmadığını deyib.

Z.Əsgərovun sözlərinə görə, Azərbaycanda seçkilərin keçiriləcəyi tarixlər üst-üstə düşmür:

“Bunlar Seçki Məcəlləsi ilə tənzimlənir. İddialar başqa, qanunvericilik başqa şeydir”.

2018-ci ilin oktyabr ayına planlaşdırılan prezident seçkilərinin həmin ilin aprel ayına dəyişdirilməsi, növbəti parlament seçkilərinin də vaxtının dəyişdiriləcəyi barədə söhbətlərə əsas verib.

Növbədənkənar parlament seçkiləri haqda ilk iddianı ReAL sədri İlqar Məmmədov səsləndirmişdi.

Sonuncu parlament seçkiləri 2015-ci ilin noyabrında baş tutub. Milli Məclisə növbəti seçkilərin keçirilməsi 2020-ci ildə nəzərdə tutulub.

Ana səhifəXəbərlərBirinci vitse-spiker parlament seçkilərinin vaxtının dəyişdirilməsinə zərurət görmür