Süleyman Dadaşov Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Kəllə-beyin travması var, kontuziyalıdır. Qazilər üçün sığortaya müraciət etsə də, aidiyyatı qurumlardan müsbət cavab ala bilməyib. Süleyman Dadaşov buna etiraz olaraq 9 gündür ki, aclıq edir. Tələbi Ali Məhkəmə tərəfindən sığorta ilə bağlı şikayətinin təmin olunmasıdır.
Yayımlandı: 29 Yanvar 2021 19:16