Şəfiqə İbişova gözünü bu məhəllədə açıb.
Evlərinin hər küncündə xatirəsi var.
Divarlarının yaşı yüzü ötmüş məhəllənin son sakinləri yavaş- yavaş buranı tərk edir.
Məşhur “Sovetski məhəlləsi” deyimi də tarixə qarışır.
46 ildir quşçuluqla məşğul olan Oqtay Əliquluyevin dərdi başqadır.
Onun üçün yeni qonşulara alışmaq asan olmayacaq.
Məhəllənin ağsaqqalı Əhməd Cəfərovun yaşadığı ev 1826-cı ildən bir neçə nəsli qonaq edib.
kişi danışır….
“Sovetski”nin keçmiş sakinləri də buralardan çox uzaqlaşa bilmir. Samir köhnə adəti üzrə hər gün işdən birbaşa məhəlləyə gəlir. .
Sakinlər ata yurdlarında, “Sovetski” isə paytaxtda son günlərini yaşayır.
Təxminən 3 il əvvəl Bakı şəhərinin Baş Planına uyğun olaraq, Yasamal rayonunun “Sovetski” adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti sökülüb.
Bir çox sakin onlara verilən kompensasiyaya görə narazılıq eləmiş və məhkəmə müstəvisində hüquqlarını müdafiə etməyə çalışmışdı.
Nazirlər Kabinetinin qərarı ilə bu ilin əvvəlindən 2 mindən çox yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınır.