Birgə Qrup və BAXCP Tofiq Yaqublunun əfvi üçün müraciət edir

“İdeyanın təşəbbüskarı qrupun üzvlərindən biri Sahib Məmmədovdur”

Source:


“İdeyanın təşəbbüskarı qrupun üzvlərindən biri Sahib Məmmədovdur”

İnsan Hüquqları üzrə Birgə Qrupa daxil olan hüquq müdafiəçiləri Müsavatın həbsdəki başqan müavini Tofiq Yaqublunun əfvi üçün prezidentə müraciət hazırlayırlar.

Bu haqda Azadlıq Radiosuna Birgə Qrupun üzvü Əliməmməd Nuriyev bildirib. Onun dediyinə görə, ideyanın təşəbbüskarı qrupun üzvlərindən biri Sahib Məmmədovdur.

“Əfv haqda əsasnaməyə görə, qeyri-hökumət təşkilatları da kiminsə əfvi üçün müraciət edə bilərlər. Biz də belə bir humanist davranış nümayiş etdirmək istədik” – Əliməmməd Nuriyev deyib. Sənəd az sonra yayılacaq.

Aprelin 24-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da eyni məzmunda İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə övladını itirən atanın əfvi istənilib: “Tofiq Yaqublu milli azadlıq hərəkatının öncüllərindən biri olub, eyni zamanda, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və təyin olunmuş cəzanın bir hissəsini çəkib”.

Tofiq Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı 5 il müddətinə azadlıqdan məhrum edilib. O, Şəkidəki 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Aprelin 23-də onun 26 yaşlı qızı Rusiyada müalicə aldığı xəstəxanada vəfat edib.

Tofiq Yaqublu 7 gün müddətinə azadlığa buraxılıb.

Ana səhifəXəbərlərBirgə Qrup və BAXCP Tofiq Yaqublunun əfvi üçün müraciət edir