4 uşağı olan Sevil Mədətova yoldaşı ilə birlikdə kirayə evdə yaşayır. Yoldaşı fəhlə işləyir, özü uşaqlara baxır. Deyir, iki ildir dolana bilmirlər, yoldaşının işi olmur. 4 uşğın yeməyin, geyimin çatdıra bilmirlər. Kirayə pulun da iki aydır ödəməyə imkanları olmur. Qaz, su, işıq pulu da bir tərəfdən, qalan-qalaq yığılıb, borcların ödəyə bilmirlər. Sevil Mədətova deyir, yeganə ümidi vəd olunan uşaq pulunadır. Qonşularından eşidib ki, seçkidən sonra uşaq pulu veriləcək, bu sözlərə inanmaq istəyir. Çünki başqa çarəsi yoxdur. Yeganə istəyi uşaqlarını bu qışdan salamat çıxarmaqdır.