Bir sutkada 21 nəfər ölüb, 633 adam infeksiyaya yoluxub

“Bugünkü test sayı isə 9264-dür”.

Source: Aziz Karimov


1682 nəfər müalicə olunaraq sağalıb

Yanvarın 9-da Azərbaycanda 633 adam COVİD-19 infeksiyasına yoluxub, 1682 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Operativ qərargah Azərbaycanda indiyə qədər 224 min 50 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 207 min 88 nəfər müalicə olunaraq sağalıb, 2890 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 14 min 72 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 2 milyon 259 min 555 testin aparıldığı qeyd olunub:

“Bugünkü test sayı isə 9264-dür”.

Ana səhifəSosialBir sutkada 21 nəfər ölüb, 633 adam infeksiyaya yoluxub