Bir sıra ölkələrdən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub

Qadağaya səbəb bir sıra ölkələrdə “quş qripinin” yayılmasıdır

Source:


Qadağaya səbəb bir sıra ölkələrdə “quş qripinin” yayılmasıdır

“Quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İrandan Azərbaycana diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub və bu barədə aidiyyəti qurumlara məlumat verilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya məlumat

verilib.

Məlumatda qeyd olunub ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına əsasən bir sıra ölkələrdə (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb.

Hazırda bu xəstəlik Azərbaycanla həmsərhəd olan İranın da bir çox regionlarında müşahidə edilir.

“Qonşu ölkədən verilən məlumata görə, İranda quşlar arasında “quş qripi” virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilib”.

“Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir”, – DBNX-dan deyilir.

Ana səhifəXəbərlərBir sıra ölkələrdən Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub