Bir qrup müharibə iştirakçısı Müdafiə Nazirliyi qarşısında aksiya keçirib

Görüş zamanı qeyd edilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.

Source: Specify Source


Nazirlik: "Vətəndaşlar dinlənilib və məsələnin araşdırılması üçün hərbi hissələrə tapşırıqlar verilib"

İyunun 29-da bir qrup müharibə iştirakçısı medallarla təltif edilməmələrinə etiraz olaraq, əlillik və müalicə problemləri ilə bağlı Müdafiə Nazirliyinin binası qarşısında aksiyası keçirib.

Aksiya iştirakçıları deyiblər ki, Füzuli, Cəbrayıl, Xocavəndin azad edilməsində iştirak etsələr də, iyunun 26-da Silahlı Qüvvələr Günündə ölkə prezidentinin imzaladığı sərəncamda adlarına rast gəlməyiblər.

Etirazçıların bəziləri veteran statusu ala bilməməyindən, müalicəyə göndərilməməyindən, əlillik statusu verilməsi zamanı rüşvət tələb edilməsindən narazıdır.

Etirazçılardan biri “Turan”a medala təqdim edilmək üçün insanlardan rüşvət tələb edildiyini deyib.

Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, etirazçılar qəbul edilib.

Görüş zamanı qeyd edilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.

Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.

Ana səhifəSiyasətBir qrup müharibə iştirakçısı Müdafiə Nazirliyi qarşısında aksiya keçirib