Bir qrup məcburi köçkün ”dondurulmuş” maaşların kəsilməsinə etiraz edir

Narazı köçkünlər Baş nazirin müavini Əli Həsənovla görüşüb

Source:
Aksiyadan foto
Aksiyadan foto


Narazı köçkünlər Baş nazirin müavini Əli Həsənovla görüşüb

Noyabrın 15-də bir qrup məcburi köçkün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) qarşısına toplaşıblar.

Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 181 nömrəli

qərarının

 təsiri altına düşən məcburi köçkünlər hökumət tərəfindən hüquqlarının pozulmasının səbəblərini aydınlaşdırmaq və problemin həlli yollarını müzakirə etmək, Baş nazirin müavini, komitə sədri Əli Həsənovla görüşmək istədiklərini deyiblər.

1994-cü ildə Baş nazir Sürət Hüseynov tərəfindən imzalanmış qərara əsasən büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlər orta aylıq (dondurulmuş) əmək haqqı ilə təmin edilirdilər.

19 may 2014-cü ildə isə Baş nazir Artur Rəsizadənin imzası ilə qərara dəyişiklik

edilib

. “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarına 4-1-ci hissə əlavə edilib:

“4-1. Büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışmış, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatdıqda, orta aylıq əməkhaqqının verilməsi dayandırılır”.

Aksiyadan foto
Aksiyadan foto

Bu qərarla da pensiya yaşına çatmış məcburi köçkünlər “dondurulmuş” məvacib almaqdan məhrum ediliblər. Qərarın təsiri altına düşən məcburi köçkünlər “Qaçqınkom”un qarşısında etiraz aksiyası keçiriblər.

Şikayətə gələn etirazçılar bildiriblər ki, onlar təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışıb və özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olunublar:

“İndi həmin ödənişlərin verilməsi dayandırılıb. Evimizə qayıtmayana və işlə təmin olunmayana kimi bizə dondurulmuş əməkhaqqı verilməlidir. Dəfələrlə bizə vəd verilib ki, Əli Həsənov qəbul edəcək, dərdimizi dinləyəcək. Amma sədr vədinə əməl etməyib, bizi aldadıb. Onun işçisi bizə deyir ki, maliyyə böhranı səbəbindən dondurulmuş əməkhaqqı daha verilməyəcək. Yəni, “Bizə gedin ölün” deyirlər”.

Aksiyadan foto
Aksiyadan foto

“Yazmadığımız yer yoxdur. Sanki hamının yadından çıxmışıq. Biz dövlətdən, prezidentdən narazılıq etmirik ki… Haqqımız olanı istəyirik. Bu qərarı rəhmətlik Heydər Əliyev vermişdi. 2017-ci ilədək də həmişə almışıq. Düz 7 aydır ki, səfalət içində yaşayırıq. Parlamentə getdik, millət vəkilləri Bahar Muradova, Aqil Abbas və Zahid Orucun qəbulunda olduq. Onlar dedilər ki, sizin aldığınız axı nədir ki, dövlətimiz onu verə bilməsin. Biz hər zaman prezidentimizin arxasındayıq. Sonuncu referendumda da bunu subut etdik”,-deyə Ağdam qaçqını, ibtidai sinif müəllimi Nubar Məmmədova bildirib.

Şikayətçilər hesab edir ki, dondurulmuş maaşların dayandırılması Əli Həsənovun təşəbbüsüdür. Bu səbəbdən də şikayət edənlərin heç biri dövlət qurumu tərəfindən qəbul edilmir. Onlara bildirilib ki, Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 182 nömrəli qərarının 2-ci bəndinin müddəti 2017-ci il dekabrın 30-dək uzadılmayıb.

Günün birinci yarısında komitə sədrinin birinci müavini Gəray Fərhadov köçkünlərə Əli Həsənovun onları qəbul etməyəcəyini desə də, etirazçılar ərazidən uzaqlaşmayıblar. Onlar piket və şüarlar səsləndiriblər.

Günün ikinci yarısında Əli Həsənov köçkünləri qəbul edib və onların problemlərini dinləyib.

Aksiya iştirakçılarının Meydan TV-yə verdiyi məlumata görə, görüşdə problemin həlli yolları müzakirə edilib və müvafiq təkliflər razılaşdırılıb.

Köçkünlər noyabrın 1-də Nazirlər Kabinetinin qarşısına toplaşsalar da, Əli Həsənovla görüşə bilməmişdilər.

Aksiyadan foto
Aksiyadan foto
Ana səhifəXəbərlərBir qrup məcburi köçkün ”dondurulmuş” maaşların kəsilməsinə etiraz edir