“Bir qığılcım olsa, 3 saniyəyə bu bina yanar”

“Bir qığılcım olsa, 3 saniyəyə bu bina yanar”

Badamdarda yerləşən "Gəmi təmiri" yataqxanasının sakinləri şəraitsizlikdən şikayətçidir. Onlar 27 ildir məskunlaşdıqları yerin artıq yaşayış üçün uyğun olmadığını deyirlər. Sakinlərdən biri – Nüşabə Rəhimova deyir ki, vəziyyətə görə, onların yuxusu ərşə çəkilib. 2 mərtəbəli taxta yataqxanada yaşayanlar daha çox qısaqapanmadan narahatdırlar. Sakinlər artıq dövlət qurumlarından da əllərini üzüblər.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən Meydan TV-yə məsələ ilə bağlı verilən açıqlama isə belə oldu:

"Səbail rayonu, Badamdar qəsəbəsi Nurəddin Paşayev 47 ünvanında yerləşən keçmiş “Gəmi təmiri” yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin vəziyyəti ilə Dövlət Komitəsinin rəhbərliyi və Səbail rayonu üzrə nümayəndəliyi maraqlanır. Məcburi köçkünlər üçün yeni qəsəbə istifadəyə verilən zaman qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsinə mərhələli şəkildə baxıla bilər".

Ana səhifəVideo“Bir qığılcım olsa, 3 saniyəyə bu bina yanar”