Bir neçə şəhər və rayonda həftəsonu nəqliyyat işləməyəcək

Nazirlər Kabineti yeni qərar verib

Source:


Nazirlər Kabineti yeni qərar verib

Oktyabrın 17-dən etibarən Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında da həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Nazirlər Kabineti bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərtlərə dair qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Ölkədə xüsusi karantin rejimi tətbiq olunur. Oktyabrın 14-dən etibarən Sabirabad və Şəki şəhərində, eləcə də 5 kənddə karantin elan edilib.

Ana səhifəXəbərlərBir neçə şəhər və rayonda həftəsonu nəqliyyat işləməyəcək