Bir neçə ay əvvəl təmir olunan 16 mərtəbəli bina yenidən təmirə dayandı

“Yeni rəhbərlik bu materialların “çox ağır” olduğunu və binanın yükünü artıraraq, seysmik davamlılığını azaltdığını düşünüb”

Source:


“Yeni rəhbərlik bu materialların “çox ağır” olduğunu və binanın yükünü artıraraq, seysmik davamlılığını azaltdığını düşünüb”

“Azərbaycan Dəmir Yolları” QSC-nin təmir-inşaat idarəsi Bakı Dəmir Yol Stansiyasının balansında olan “Vağzal” mehmanxanasının binasının üzləmə materiallarını sökməyə başlayıb.

Bu barədə məlumat yayan “Turan İA” bildirir ki, ADY-nin yeni sədri Cavid Qurbanovun bu il fevralın 9-da bu vəzifəyə təyin edildikdən sonra atdığı ilk ictimai addımdır.

“Maraqlıdır ki, dəmir yolu kassalarının və s. də yerləşdiyi 16 mərtəbəli otelin perimetri boyunca üzləmə hələ bir neçə ay əvvəl başa çatmışdı. Bu zaman yerli mənşəli bahalı daş materiallardan istifadə olunmuşdu. İşçilərdən birinin sözlərinə görə, yeni rəhbərlik bu materialların “çox ağır” olduğunu və binanın yükünü artıraraq, seysmik davamlılığını azaltdığını düşünüb”- deyə “Turan İA” hesab edir.

İnformasiya Agentliyi bildirib ki, “ADY” QSC əvvəl də üzləmə xərclərinin məbləğini açıqlamamışdı, indi də üzləmə materiallarının sökülməsinin və yenisi ilə dəyişdirilməsinin neçəyə başa gələcəyini açıqlamır. “Lakin aydındır ki, söhbət milyonlardan gedir”.

Ana səhifəXəbərlərBir neçə ay əvvəl təmir olunan 16 mərtəbəli bina yenidən təmirə dayandı