Gözlənilir ki, ilin sonunda əfv sərəncamı veriləcək. Bu il həbsdəki bir neçə siyasi məhbus hesab edilən şəxslərin adının da əfvə salınacağı güman edilir.
Hesab olunur ki, budəfəki əfv Azərbaycanın AŞPA-ya qayıtması üçün atılan addımdır. Bəs bir neçə siyasi məhbusun azadlığa çıxması AŞPA üçün kifayət olacaqmı? Siyasi məhbusların azadlığa çıxması mərhələli olacaq yoxsa, yerdə qalanlar növbəti gərginliklərdə istifadə edilmək üçün saxlanılacaq?