Bir istək sizə Nobel mükafatı qazandırarmı?

Siz nəyə hazırsınızsa, o da sizin üçün hazırdır!

Source:


Siz nəyə hazırsınızsa, o da sizin üçün hazırdır!

Professor Əziz Sancar kimya üzrə (daha dəqiq tibbi kimya) Nobel mükafatı laureati olmaqla adını tarixə yazdı və 10 dekabrda türk dünyasında, müsəlman mühitində böyük bir inqilab etdi. Bu, məncə, bir partlayış idi…

Bu baxımdan düşünürəm ki, hər bir gənc, xüsusilə tibb sahəsini seçənlər onun həyat yolu haqqında məlumatlı olmalıdırlar…


həyat yolu…

Əziz Sancar  Türkiyənin Mardin şəhərində böyüyüb. Bura heç də inkisaf etmiş bir yer deyil və sadə, kasıb, savad almaq üçün şəraiti az olan bir yerdir. Bəli, burada böyüyüb, ailənin 8 uşağından biridir… Valideynlərinin savadı olmayıb. Amma professor deyir ki, onlar bizi daima oxutmaq həvəsində olub və bizə kömək edirdilər.

Onu böyük qardaşi oxutdurub və 1967-ci ildə İstanbul tibb fakültəsini birinciliklə bitirib. Ancaq II kursdan bu adam kimya fənninin xəstəsi olur (hardasa mənim kimi, amma mənim xəstəliyim də 2-ci kursda universitetdə bitmişdi, iradəsizlik deyək buna ) və kimya üzrə kiçik arasdırmalar aparmağa başlayır.

Universiteti bitirdikdən sonra isə hətta 2 il öz rayonunda həkim kimi işləyir, amma bu onu qane etmir ve Amerikaya Phd üçün (doktorluq işi və ya namizədlik dissertasiyası nəzərdə tutulur) yola düşür, sonra isə araşdirmalara başlayır….

Hətta laboratoriyalardan rədd cavabi alır, onu qəbul etmirlər.

Ancaq adam sınmır, ruhdan düşmür, alçaldığını özünə dərd etmir, əzmlə yoluna davam edir…


Sancar nəyi kəşf etdi?

İlk olaraq fotoliz (işiğın təsiri ile parçalanma) proseslerini araşdırıb. İllər boyu təcrübə aparıb və ilk uğuru fotolizis prosesini icra etdirən fermentin xüsusiyyətlərini idarə edən geni tapmaq olub.

1977-ci ildə doktorluq işini tamamlayıb. Biz isə bu illərdə ədəbiyyata yeni töhfələr gətirirdik – poemalar, şeirlər və s.

Sonra DNT-nin regenerasiyasındakı qaranlıq məqamlara aydınlıq gətirib və DNT-nin özünün kodlaşmalarda xəta etməməsi üçün kontroletmə mexanizmini kəşf edib.

Əla. Bəs, bu, nəyə lazımdı?!

DNT-nin özünü daima bərpa etməsinə daha aydın şəkildə izah verdi.

DNT nədir? Bütün orqanlarımızı əmələ gətirən hüceyrələrimizin nüvəsindəki xromosomların içində topluca yerləşən DNT-mizdə bütün genetik məlumatlarımız kodlanaraq saxlanılır.

Hüceyrələrimizdə belə hər gün normal olaraq sizi narahat etməyən, heç bir üzə çixan əlamət verməyən DNT xətaları olur, ancaq DNT özü bu xətaları düzəldir ki, əks təqdirdə insanoğlu öz nəslini artırıb çoxalda bilməzdi və çoxdan məhv olardı.

Bəs bu xətalar bir insan ömründə necə dəyişikliklərə səbəb olur?

Artıq sübut olunub ki, bu, zamanla xərçəng və digər xəstəliklərə səbəb olur.

Siqaret dumanından hərəkətsizliyə, radiasiyadan müxtəlif kimyəvi dərman maddələrinə qədər hər biri DNT xətalarının baş verməsinə gətirib çıxarır.

Daha sonra doktor Sancar daxili iç saatımızı – sirkad günlük ritmin orqanizmdəki təsirlərinə səbəb olan genləri tapdi, daha doğrusu, bunun genetikasını araşdırdı..

Orqanizmimizdəki bütün qeyri-iradi, bizdən asılı olmayan proseslərin həqiqətdə bir günlük ritmlə, tezliklə, sixlıqla və ya fasilə ilə baş verdiyini artıq tibb elmi çoxdan bilirdi. Yəni, bağirsaqlarımızın yığılma sürətindən tutmuş, müxtəlif hormonlarımızın sintezinə qədər, yuxu və bədən temperaturunun tənzimi kimi bir çox orqanizmin prosesləri bu sistemlə birbaşa və dolayısıyla idarə olunur….

Professor Sancar isə 2000-ci ilin əvvəllərində bu iç saatın necə işləməsini təmin edən hansı genlərin olduğunu araşdirmağa başladı…

Professor müsahibələrinin birində söyləyib ki, bütün ömrü boyu əsas olaraq bu 3 böyük problem üzərində çalışıb, bütün kariyeri bunlardan ibarətdir, necə deyərlər, birbaşa ömrünü bunlara həsr edib…


Bəs bu insana Nobeli hansı hadisə qazandırdı?

Heç biri….!

Professor son 10 ildə bu 3 hadisənin bir-biri ilə əlaqəli olduğu fikrinə gəlir. Əslində bu böyük bir şey deyildi, bütün elm adamları çox yaxşı bilir ki, təbiətdə baş verən bütün hadisələr gerçəkdə bir-biri ilə əlaqəli şəkildə, iç-içə baş verir, yəni, bir-birlərindən asılıdır.

Ancaq  bu fikri isbat etmək lazımdır.

Bəli, Əziz Sancar bu 3 ana prosesi əlaqələndirib, birləşdirərək, kəşfini edir.

Bütün bunları araşdırmaq tam 35 ilini alır. Biz isə adi bir işi edərkən heç 1il səbr etmirik.


Nəticə

: dünyanı lərzəyə salan xərçəng xəstəliyinin müalicəsinə yeni baxış gətirmək idi və gətirildi… Belə ki, xərçəng xəstələrinə edilən kimyaterapiya əsas şiş hüceyrələrinin DNT-sinə yönəlmiş olur ki, DNT dağıdılsın və hüceyrələr məhv olsun. Ancaq DNT kodlamada səhv olduğunu zənn edərək, bunu bərpa etməyə, təmir etməyə başlayırdı ki, bu da praktik bir əngələ gətirib çixarırdı. Professor Aziz Sancarın kəşfindən sonra müəyyən olundu ki, artıq kimyaterapevtik dərmanları sən o saatlarda verməlisən ki, həmin saatlarda DNT-nin özünü yeniləməsi, bərpası minimum dərəcədə olsun. Beləliklə də az miqdarla çox iş etmiş oluruq!

Bəli, bu böyük bir yenilik, böyük bir işdi.

Budur, hardan haralara gəldi, düşündü və etdi.

Sındırdılar, əzməyə çalışdılar, “sən gəl həkimliyə geri dön” – dedilər, “bizim laboratoriyada sənə yer yoxdu” – dedilər…


Nəticə: Nobel mükafatı

Gəlin, Əziz Sancar olaq….

Mən niyə Əziz Sancar olmamalıyam?

Siz niyə Əziz Sancar olmamalısız?

Nəsə səbəbmi var?

Yox, sadəcə məqsəd, istək və bunlar uğrunda mübarizə yoxdu!

Siz nəyə hazırsınızsa, o da sizin üçün hazırdır!

Ana səhifəXəbərlərBir istək sizə Nobel mükafatı qazandırarmı?