Bir ildə 305 vəzifəli şəxs məhkəmə qarşısına çıxarılıb

Kamran Əliyev: ”15 milyon 381 min 275 milyon manat məbləğində əmlaka həbs qoyulub”

Source:
Kamran Əliyev
Kamran Əliyev


Kamran Əliyev: ”15 milyon 381 min 275 milyon manat məbləğində əmlaka həbs qoyulub”

2017-ci ildə 215 korrupsiya faktının istintaqı aparılıb, 305 vəzifəli şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib.

Hesabatı yanvarın 17-də keçirilən mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev

açıqlayıb.

Kamran Əliyev bildirib ki, əsasən vəzifədən sui-istifadə etməklə mənimsəmə, rüşvətalma, rüşvətvermə, vəzifə saxtakarlığı və s. üstünlük təşkil edib.

İdarə rəisi korrupsiyada ittiham olunan 44 nəfərin axtarışda olduğunu söyləyib:

“Onlardan 34-ü İnterpol xətti ilə axtarılır”.

“Ötən il məhkəmələrə göndərilən işlərlə bağlı 83 milyon 485 min 740 milyon manat məbləğində ziyan qeydə alınıb ki, onun da 33 faizinin – 27 milyon 575 min 244 manatının ödənilməsi təmin edilib. Bundan başqa, 15 milyon 381 min 275 milyon manat məbləğində əmlak həbsi qoyulub”, – Kamran Əliyev belə deyib.

Onun sözlərinə görə, istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu bank və bank olmayan kredit təşkilatları ilə bağlı olub. Həmin sahə üzrə 43 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

Özəl sektorda da vəziyyət ürəkaçan olmayıb. Bu sahə ilə bağlı 35 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.

Bundan başqa, ticarət üzrə 10, tikinti ilə bağlı 10, yerli icra hakimiyyətləri ilə bağlı 5 vəzifəli şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

Kamran Əliyev deyib ki, cinayət təqibindən kənar üsul və vasitələrdən istifadə üzrə ötən il 27 qərar qəbul edilib. Onlardan 7-si rəsmi xəbərdarlıq olub. Həmçinin 20 halda inzibati xəta haqqında iş üzrə icraat başlanılıb.

Ana səhifəXəbərlərBir ildə 305 vəzifəli şəxs məhkəmə qarşısına çıxarılıb