“Bir həftədə Laçın dəhlizindən keçən mindən artıq insanın təhlükəsizliyi təmin edilib”

Nazirlik Laçın dəhlizində və Dağlıq Qarabağda olan ümumilikdə 27 müşahidə postunun hamısında video müşahidə kameralarının yerləşdirildiyini bildirib.

Source: Specify Source


Rusiyanın Müdafiə Nazirliyi bütün avtomobillərin yoxlanıldığını deyir

“Bir həftə ərzində Laçın dəhlizindən Dağlıq Qarabağa və əks istiqamətə 200-dən çox tranzit nəqliyyat vasitəsinin, 1000-dən artıq insanın təhlükəsiz gediş-gəlişi təmin edilib”.

Rusiya Müdafiə Nazirliyinin yaydığı

məlumat

da belə deyilir.

Bildirilir ki, ərazidə Rusiya sülhməramlı heyətin 27 müşahidə məntəqəsi var və onlar Dağlıq Qarabağa və əks istiqamətə təhlükəsiz gediş-gəlişi 24 saat ərzində təmin edirlər.

“Müşahidə məntəqələrinin şəxsi heyəti məsul olduğu ərazidə atəşkəs rejiminə riayət olunmasını gecə -gündüz izləyir. Hərbi heyət keçid məntəqəsindən tranzit avtomobilin təhlükəsiz keçməsini təmin edir”, – Rusiya sülhməramlılarının nümayəndəsi Yevgeni Mişin bildirib.

Yevgeni Mişin həmçinin, deyib ki, mümkün təxribatların qarşısının alınması məqsədilə hər iki istiqamətdə hərəkət edən bütün nəqliyyat vasitələri baxışdan keçirilir:

“Müəyyən edilmiş günlərdə tikinti materialları olan karvanlar Rusiya sülhməramlı kontingentinin hərbi polis bölmələrinin müşayiəti ilə keçid məntəqəsindən keçir”.

Nazirlik Laçın dəhlizində və Dağlıq Qarabağda olan ümumilikdə 27 müşahidə postunun hamısında video müşahidə kameralarının yerləşdirildiyini bildirib.

Nazirliyin daha öncə yaydığı

məlumat

da isə bildirilir ki, Rusiya hərbçiləri Yerevandakı Erebuni aerodromundan Xankəndinə Laçın dəhlizilə 10 ton humanitar yük gətirib. Bu yükün Dağlıq Qarabağda ehtiyacı olan ailələr üçün nəzərdə tutulduğu söylənir. İçində əsasən ayaqqabı, geyim, məktəb ləvazimatı, qaz plitələri və digər əşyaların olduğu bağlamaların qaçqınlara, çoxuşaqlı ailələrə, məcburi köçkünlərə paylanacağı deyilir.

2020-ci il sentyabrın 27-də Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatlar başladı.

44 gün sürən əməliyyat nəticəsində (noyabrın 9-dək) Azərbaycan tərəfi 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqladı.

Sonra, noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalayıb. Sənədə əsasən 44 gün davam edən hərbi əməliyyatlar dayanıb, Laçın dəhlizi və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Ana səhifəSiyasət“Bir həftədə Laçın dəhlizindən keçən mindən artıq insanın təhlükəsizliyi təmin edilib”