Ötən sutka 803 nəfər infeksiyaya yoluxub
Yanvarın 3-də Azərbaycanda 30 nəfərin yeni koronavirus infeksiyasından öldüyü bildirilir.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məluma yayıb.
Operativ qərargah bildirib ki, 803 adam infeksiyaya yoluxub, 2918 nəfər müalicə olunaraq sağalıb.
Qərargah Azərbaycanda indiyədək ümumilikdə 220 265 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb:
“Onlardan 194843 nəfər müalicə olunaraq sağalıb, 2733 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 22689 nəfərdir”.
Eyni zamanda, son sutkada 6200, hazırkı dövrədək isə 2210426 testin aparıldığı qeyd olunub.