128 nəfərin müalicə olunaraq evə buraxıldığı bildirilir
Sentyabrın 8-də Azərbaycanda 139 nəfər COVİD-19 infeksiyasına yoluxub, 128 nəfər müalicə olunaraq evə buraxılıb, 1 nəfər ölüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda belə deyilir.
Operativ qərargah Azərbaycanda indiyədək ümumilikdə 37557 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 34965 nəfər müalicə olunaraq sağalıb, 552 pasient ölüb, aktiv xəstə sayı 2040 nəfərdir”.
O cümlədən, son sutkada 6798, hazırkı dövrədək isə 973838 testin aparıldığını qeyd olunub.