“Bir gün haqq-ədalət yerini tapacaq” (VİDEO)

Keçmiş vicdan məhbusunun ailəsi, onun 7 il həbsdə qalacağına əvvəlcədən inanmayıblar və azad olunacağını gözləyiblər

“Azad azad olunacağını gözləyirdim. Adını əfv olunanların siyahısında görəndə çox sevindim”.

Mehriban Məmmədova keçmiş vicdan məhbusu, hüquqşünas Bəxtiyar Məmmədovun həyat yoldaşıdır. O deyir ki, yoldaşının azadlıqda olmadığı vaxtlar həbsxanaya gedərkən, onun sevdiyi yeməkləri bişiridi və arzulayırdı ki, bir gün geri qayıtsa, bunlardan hər gün bişirəcək:

 “Mən bilirdim ki, özü hansı yeməyi istəyir. Plov xoşlayırdı. Əsas kartofla ət qızartması istəyirdi. Onun yanında qohumlardan getmək istəyəndə deyirdi gəlməyin. Özü zəng edib deyirdi ki, hər şeyi var. Mən onun əfv olunduğunu biləndə çox sevindim. Düşündüm ki, indi 171 ailədə də bu sevinc var”.


“Atamın yeddi il həbsdə qalacağına inanmırdım”

Bəxtiyar Məmmədov 2010-cu ildə Dövlət Bayrağı Meydanının yaxınlığında evləri sökülən hərbçiləri müdafiə etdiyinə görə Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Sultanovun şikayəti əsasında, lakin heç bir sübut olmadan məhkəmə qərarı ilə 7 il 10 ay müddətinə həbs edilmişdi. Oğlu İldırım Məmmədov atasının o qədər müddətdə həbsdə qalacağına heç vaxt inanmadığını deyir:

“İki beş ay atasız. Onu ancaq zindan arxasında görürdüm. Mən inanmırdım ki, atam o qədər orda qalar. Həmişə ümüdüm var idi ki atam gələcək. İstəyirdik həmişə azadlıqda görək. Çünki, haqsız tutulmuşdu. Biri var haqlı tutulub, biri də var haqsız”.


“Şahin Sultanovun həbsinə sevinmədim”

Bu ilin may ayında Prezident İlham Əliyevin əfv fərmanı ilə iki il beş aydan sonra  azadlığa çıxan Məmmədov deyir ki, Bayraq Meydanı inşa edilən zaman həmin ərazidə yerləşən mənzillərin hər birinə Əmlak Komitəsi 1500 manat kompensasiya təyin etsə də, Müdafiə Nazirliyinin dəniz qüvvələri komandanı, vitse- admiral Şahin Sultanov 28 ailənin tez bir zamanda köçürülməsini tələb etmişdi və bu zaman  25 ailəyə birdəfəlik 10 min manat verərək, təzyiqlərlə ordan köçürlməsinə nail olmuşdu. Həmin pulların korrupsiya ilə əldə edildiyini bildirən Məmmədov deyir ki, Şahin Sultanov onu həbsə saldıraraq susdurmağa çalışıb:

 “Onun məqsədi ondan ibarət idi ki, etdiyi əməllərin üstünü ört-basdır etsin. Eləcə də əvvəlcədən təşkilatçılıq etdiyi və özü ilə əlbir olan bir qrup şəxsin yalan ifadə verməsi ilə mənim həbsimə nail oldu. Mən hər an gözləryirdim ki, ölkə başçısı bundan xəbər tutusun. Əgər bir ölkədə korrupsiyadan söhbət gedirsə, bununla bağlı xalqa müraciət olunub dəstək istənilirsə, ölkə başçısı tərəfindən sərəncam və fərmanlar imzalanırsa, mən də korrupsiya ilə mübarizə apardığıma görə, sonda qalib çıxacağıma böyük ümidlərim var idi”.

Bəxtiyar Məmmədov deyir ki, Şahin Sultanovun həbsini gözlədiyindən o xəbəri eşidəndə çox adi qarşıladı. Haqsız yerə həbsə salındığını bildiən keçmiş vicdan məhbusu bununla bağlı Avropa Məhkəməsinə müraciət edəcəyini də vurğulayır və deyir ki, Azərbaycan məhkəmələrində korrupsiya rüşvət baş alıb getdiyindən vətəndaşlar hüquqlarını xarici təçkilatlarda axtarmalı olurlar. Onun həyat yoldaşı Mehriban Məmmədova hazırda Aəzrbaycanda haqsız yerə şərlənərək həbsə atılan insanların da bir gün ailələrinə dönəcəyini bildirir:




O ailələr səbrli olsunlar. Bir gün haqq-ədalət yerini tapacaq”.

Ana səhifəVideo“Bir gün haqq-ədalət yerini tapacaq” (VİDEO)