Bir cümhuriyyətçinin doğum günü (VİDEO)



Bu gün REAL sədri İlqar Məmmədovun 45 yaşı tamam olur

Bu gün Respublikaçı Alternativ Hərəkatının (REAL) sədri İlqar Məmmədovun 45 yaşının tamam olması münasibəti ilə hərəkatın ofisində tədbir keçirilib.

Tədbirdə REAL, NİDA və D18 Hərəkatının üzvləri, bir sıra ictimai-siyasi xadimlər, partiya mənsubları və jurnalistlər iştirak edib.

İlqar Məmmədov artıq üçüncü doğum gününü həbsdə keçirir.

Qeyd edək ki, İlqar Məmmədov İsmayıllı hadisələrinə görə 2013-cü ildə həbs olunub və ona 7 il həbs cəzası verilib.

“Amnesty İnternational” beynəlxalq təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.

Ana səhifəVideoBir cümhuriyyətçinin doğum günü (VİDEO)